Şahidlər Alex Prettinin ölümünə dair əsas faktları ifşa edir: Silah və təhdid olmayıb
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, federal agentlər tərəfindən öldürülən Prettinin silah çıxarmadığı və heç bir təhdid etmədiyi, hadisə yerində olan şahidlərin andlı ifadələri ilə təsdiqlənib. Bu ifadələr, Trump administrasiyasının verdiyi açıqlamalara və Prettini "silahlı təhdid" olaraq təqdim etməyə çalışan rəsmilərin açıqlamalarına ziddir.
Hadisənin şahidi olan qadın, çəkdiyi videoda, Prettinin silah çıxarmadığı və sadəcə başqa bir qadına kömək etməyə çalışdığını deyib. O, hadisəni bu cür təsvir edir: "Federal agentlər Prettini yerə yıxdılar və onu 4-5 agent bir yerdə tutaraq ona atəş açdılar. O, silah çıxarmamışdı və heç bir təhdid emirdi. Sadəcə, bir qadına kömək etməyə çalışırdı. Mən ona çox yaxın idim, və o, sadəcə kömək etməyə çalışırdı, heç bir təhlükə yaratmırdı", - deyə bildirib.
Qadın, hadisəni izləyərək, onun sadəcə kamerayla çəkiliş etdiyini və hər hansı bir zorakılıq etmədiyini təsdiqləyib. O, əlavə edib: "Həmin anda heç bir silah görmədim. O, heç vaxt agentlərə tərəf dönmədi, sadəcə bir qadına kömək etməyə çalışırdı. Mən 5 fut məsafədə idim və heç bir təhlükə hiss etmədim."
Hadisənin digər şahidi, 29 yaşlı bir həkim, hadisənin baş verdiyi ərazidəki binasında yaşadığını və pəncərədən hadisəni müşahidə ediyini deyib. Həkim, Prettinin agentlərlə mübahisə etdiyini, lakin ona qarşı heç bir fiziki hücum və ya silah istifadəsi görmədiyini bildirib. Həkim: "Pretti silahlı deyildi. Mən onu agentlərlə mübahisə edərkən gördüm, amma silah tutduğunu görmədim", - deyib.
Hadisə baş verdikdən sonra, həkim yardım göstərmək üçün hadisə yerinə gedib, lakin ICE agentləri onu dayandırıb. Həkim, ilkin olaraq agentlərin onu yaralıya yaxınlaşdırmasına icazə vermədiyini və Prettinin həyatını xilas etmək üçün təcili tibbi müdaxilə etmə hüququnu əldə etməkdə çətinlik çəkdiyini açıqlayıb. "Həmin anda, ICE agentləri heç biri CPR etmirdi, amma mən Prettinin həyatı üçün təcili yardım etmək istədim. Nəhayət, onları razı salıb, yanına getdim və ona baxdım"
Həkim, Prettinin bədənində ən azı üç güllə yarası olduğunu bildirib və əlavə edib: "Prettinin üzərində güllə yaraları vardı. Mən onun ürəyini yoxlamağa çalışdım, amma ürək döyüntüsü yox idi. Onun vəziyyəti çox kritik idi." Federal agentlər isə Prettinin ölümündən sonra belə, yaralıya tibbi yardım göstərmək əvəzinə, onun bədənini izləyərək "güllə yaralarını saymağa" başlamışdılar.
Şahidlərin ifadələri və çəkilən videolar, Trump administrasiyasının açıqlamalarına birbaşa ziddiyyət təşkil edir. Prezident Donald Trump, daxili təhlükəsizlik naziri və sərhəd mühafizə komandiri Greg Bovino, Prettini "silahlı şəxs" olaraq təqdim etmişdilər. Onlar, Prettinin agentlərə yaxınlaşaraq "silah göstərdiyini" və onlara qarşı "kütləvi qətl törətmək" təhdidi etdiyini bildirmişdilər. Lakin, şahidlərin ifadələri, həmçinin çəkilən videolar, bu iddiaları tamamilə təkzib edir.
Şahidlər, Prettinin heç bir silah tutmadığını və heç bir şəkildə təhdid etmədiyini qətiyyətlə vurğulayırlar. Onlar, Prettinin yalnız bir qadına kömək etməyə çalışdığını, federal agentlərin isə buna görə ona qarşı şiddət tətbiq etdiklərini bildirirlər.
Alex Prettinin öldürülməsi, Minneapolisdəki etirazların daha da böyüməsinə səbəb olub. Bu hadisə, ABŞ-da ICE (İmmiqrasiyaya Nəzarət Xidməti) və federal agentlərin icra etdiyi sərt tədbirlərə qarşı etirazları daha da kəskinləşdirib. ACLU (Amerikan Vətəndaş Azadlıqları İttifaqı) bu hadisəni məhkəməyə verərək, federal hökuməti və əlaqəli rəsmiləri məsuliyyətə cəlb etməyə çalışır.
Şahidlərin verdiyi ifadələr, həm də ABŞ-da hüquqi mübarizələrin yeni bir mərhələsini başlatmağa və polis zorakılığına qarşı daha ciddi mübarizələrə təkan verməyə başlayıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 25 Yanvar 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















