Icma.az
close
up
RU
Sahil Babayev: Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir AZƏRTAC

Sahil Babayev: Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir AZƏRTAC

Bakı, 27 noyabr, AZƏRTAC

Pensiya sistemi sığorta sistemidir və bu sığorta sistemi 12 illik dövr üzərindən hesablanmış bir mexanizmdir. Bu gün Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir. Yəni, normativdən təqribən üç il artıqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin noyabrın 27-də keçirilən iclasında çıxışı zamanı deyib.

“Bu, göstərir ki, bizim pensiya sistemimiz əhatəlidir, sosialyönümlüdür. Bu gün yaşa görə pensiya alanların 57 faizi 12 ildən artıq təqaüd alır. Bunun özü də sosialyönümlü pensiya sisteminin göstəricisidir”, - deyə nazir əlavə edib.

seeBaxış sayı:32
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri