Sahil Babayev: İlin sonuna doğru daha aydın mənzərə yaranacaq
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci ilin büdcə zərfinin müzakirəsinə həsr olunmuş bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, hazırda təqdim olunan dövlət büdcəsinin ümumi və bölüşdürülmüş parametrlərində qazlaşdırma işləri nəzərdə tutulmayıb.
Nazir qeyd edib ki, hökumət qazlaşdırma işlərinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edərsə, bu istiqamət ayrıca xərc maddəsi kimi dövlət investisiya proqramına daxil ediləcək.
"Dövlət büdcəsində dövlət investisiya proqramı üçün ümumilikdə 5,3 milyard manat vəsait nəzərdə tutulub. Bu vəsaitin bölüşdürülməsi prioritetlərdən asılı olaraq hökumət tərəfindən həyata keçiriləcək. Qazlaşdırmanın maliyyələşdirilməsi isə Dövlət Neft Şirkətinin sərbəst vəsaitləri və ya investisiya vəsaitləri hesabına təmin edilə bilər.
Düşünürük ki, investisiya proqramı formalaşdıqca, ilin sonuna doğru bu istiqamətdə daha aydın mənzərə yaranacaq", - nazir bildirib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 Noyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















