Sahil Babayev maaşlardan danışdı: “Gələn ildən etibarən...”
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, büdcədənkənar xərclərin də böyük bir qismi ilə bağlı müvafiq addım atılır:
“Ona görə də düşünürük ki, Hesablama Palatasının qaldırdığı bölüşdürülməyən və xüsusilə büdcədənkənar vəsaitlərlə bağlı olan hissədə bölüşdürülməyən vəsait artıq 2028-ci il büdcəsində demək olar ki, tam aradan qalxacaq. Çünki cənab Prezidentin bununla bağlı imzaladığı yeni fərman var. Əksər qurumların artıq maddi-texniki təchizatı büdcə daxilinə keçirilib, büdcədənkənar vəsaitlərdən çıxarılıb və büdcədənkənar vəsaitlərdə bu gün üç qurumumuz istisna olmaqla, bütün digər qurumların yalnız əməkhaqqı xərcləri qalıb. Növbəti ildə əməkhaqqı sahəsində aparılacaq islahatlar çərçivəsində artıq o üç qurumun da əlavə xərclərinin ayrıca büdcədənkənar vəsaitlərdə qalmasına ehtiyac olmayacaq və büdcədənkənar vəsaitlər məhz ilkin təyinatı olan əməyin ödənişinin stimullaşdırılması xərclərinə yönəldiləcək. Bu artıq bizə bölüşdürmə imkanı da tam verəcəkdir və bu məsələ də öz həllini tapacaqdır”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 04 Noyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















