Sahil Babayev: Naxçıvan üçün güzəştli bir rejim yaradılır
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2026-cı ilin büdcə zərfi çərçivəsində Naxçıvan Muxtar Respublikası üçün çox mütərəqqi, güzəştli bir rejim yaradılır.
Mia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, həm iqtisadiyyatın müxtəlif sektorları üçün yeni güzəştlər tətbiq olunur, həm bir sıra vergi dərəcələrinin azaldılması nəzərdə tutulur, kiçik və orta sahibkarlıq üçün ciddi güzəştlər nəzərdə tutulur.
"Bizim qarşılıqlı əməkdaşlığımız büdcə daxilolmalarının sistemli şəkildə həyata keçirilməsi, düzgün siyasətin müəyyən edilməsi, fiskal gəlirlərimizin və xərclərimizin optimallaşdırılması, eyni zamanda sahibkarlığın, iqtisadiyyatın inkişafı üçün müvafiq rejimin yaradılması baxımından çox önəmlidir", - deyə o qeyd edib(Report(.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 21 Noyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















