Icma.az
close
up
RU
SAHİL BABAYEV “ŞAPKA MAMED”DƏN NİYƏ “QURTULDU”? “Mənə bildirildi ki, ətrafında killerlər dəstəsi saxlayır...”

SAHİL BABAYEV “ŞAPKA MAMED”DƏN NİYƏ “QURTULDU”? “Mənə bildirildi ki, ətrafında killerlər dəstəsi saxlayır...”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Məmməd Musayevlə Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovu nə birləşdirir?

Xəbər verildiyi kimi, dünən “Aqrarkredit” QSC-nin səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir ki, nazir Sahil Babayevin sədrliyi ilə keçirilən yığıncaqda İH-nin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə bağlı yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub: “S.Babayev səlahiyyət müddətləri başa çatan İH-nin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz təşəkkürünü bildirib. O, ötən müddət ərzində “Aqrarkredit”in dayanıqlı, mənfəətli maliyyə kredit institutu kimi ölkənin aqrar sektoruna bank xidməti göstərdiyini, eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin idarəedilməsi və optimallaşdırılması, ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması istiqamətində səmərəli fəaliyyət göstərdiyini qeyd edib”.

Yəni, faktiki olaraq, Maliyyə naziri S.Babayev “səlahiyyət müddətinin başa çatması” adı altında “Şapka Mamed” kimi tanınan Məmməd Musayevi və onunla birgə işləyənləri bu qurumdan kənarlaşdırıb. Hansı ki, Azərbaycanda çoxdan səlahiyyət müddəti bitsə də, vəzifəsini davam etdirən, səlahiyyətini “təzələyən” nə qədər desən məmur tapmaq olar. Bu halda isə S.Babayev “Şapka Mamed”i saxlamağa yox, yola salmağa üstünlük verib və bu zaman onun işini tərifləməyi də unutmayıb.


Ancaq məsələ ondadır ki, nazir bir tərəfdən “ötən müddət ərzində “Aqrarkredit”in dayanıqlı, mənfəətli maliyyə kredit institutu kimi ölkənin aqrar sektoruna bank xidməti göstərdiyini” deyir, digər tərəfdən isə Məmməd Musayev başda olmaqla bütün İdarə Heyətini növbədənkənar iclas keçirib yola salır. Sual olunur ki, Musayevin işi tərifə layiq idisə, nədən uzaqlaşdırldı? Təbii ki, Azərbaycan reallıqlarını nəzərə alsaq, bu cür “yolasalmalar” adi haldır və birinci dəfə deyil ki, rast gəlinir…


Məmməd Musayevin özünə və fəaliyyətinə gəlincə, o, “Şapka Mamed” ləğəbini vəzifə tutduğu banklardan kreditləri məlum “şapka” üsulu ilə verməsinə görə qazanıb. Musayev həmçinin kredit ödənişlərini icra edə bilməyən vətəndaşlara qarşı amansız rəftarı ilə ad çıxarıb. Bu barədə ölkə mətbuatında çoxsaylı şikayətlər dərc olunub, məhkəmələr keçirilib, amma edilən müraciətlərin böyük əksəriyyəti nəticəsiz qalıb…

"Aqrarkredit"dəki fəaliyyətinə gəlincə, 2015-ci il devalvasiyalarından sonra batmaq üzrə olan Azərbaycan Beynəlxalq Bankının (ABB) 10 milyard manat həcmində problemli kreditləri "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına ötürülüb. Daha doğrusu, ABB-nin kreditləri ilə yaradılan 50-dək müəssisə “Aqrarkredit”in idarəçiliyinə verilib ki, özəlləşməyə çıxarılsın. ABB-nin toksik aktivlərini idarəetməyə götürən “Aqrarkredit”in 3 milyard manatdan yuxarı istiqrazı Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən satın alınıb. Bu satışdan əldə olunan 3 milyard manatdan yuxarı məbləğin necə sərf olunduğuna dair hər hansı bir səhih məlumat yoxdur. Əvəzində, qısa müddət ərzində ABB-dən alınan müəssisələrin böyük əksəriyyəti kəskin şəkildə dəyər itirib, daha doğrusu, böyük ehtimalla bilərəkdən dəyərsizləşdirilib.


51 şirkətin yaradılması və yenidən təşkil edilməsi üçün ABB-dən götürülmüş 3,8 milyard manat kreditin əvəzinə 2017-ci ildə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Sənaye Korporasiyası ASC-yə təhvil verilən problemli aktivlərin cəmi bazar dəyəri 673 milyon manat hesablanıb. Fərq və Musayevin “uğurlu” fəaliyyəti göz qarşısındadır. Bu fakt “Ernest and Yang” audit şirkətinin rəyində də əksini tapıb. Təbii ki, yaxın keçmişə dayanan bu və buna bənzər bütün faktlardan yeni nazir S.Babayevin də xəbəri var…


Ümumiyyətlə, Məmməd Musayev mətbuatda ən çox adı hallanan, şikayət edilən “bankir” sayıla bilər. Məsələn, təxminən ilyarım əvvəl dövlət vəzifəsi daşımasına baxmayaraq, onun “Türk-Amerikan” klinikasını alması barədə məlumat yayıldı. Həmin vaxt sosial şəbəkədə tanınmış həkim-psixiatr Abdulla Şıxlinskinin Məmməd Musayevin onu qanunsuz olaraq işdən çıxarması haqda müraciəti yayılıb. Onun müraciətində qeyd edilirdi ki, "Şapka Mamed" “Türk-Amerikan” klinikasını alıb: "Bundan sonra klinikanın direktoru işdən çıxarıldı, klinikanı tamamilə dağıtmağa başladı. Klinikaya öz qızını direktor təyin etdi, işçilərin bir çoxunu, şəxsən mənim özümü qeyri-qanuni olaraq işdən azad etdi. Özü qanunsuz əməllərlə məşğul olan, əvvəllər haqqında bir-neçə dəfə cinayət işi qaldırılmış “şapka Mamed” adı ilə məşhur olan bu adam işçilərdən qanun tələb etməyə başladı… Mən işdən çıxmaq üçün ərizə yazmaq istəmirdim, lakin klinikanın mühasibi və kadr işləri üzrə əməkdaşı mənə bildirdi ki, məni onsuz da fiziki olaraq klinikaya buraxmayacaqlar və mən ərizə yazmaqdan imtina etsəm, bu “şapka Məmmədin xoşuna gəlməyəcək, Məmməd adi adam deyil, ətrafında killerlər dəstəsi saxlayır, səni də məhv edər”.


Qeyd edək ki, dövlət vəzifəsində olmasına baxmayaraq, M.Musayevin “TuranBank” ASC-nin faktiki sahibi, eləcə də, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti, həm də Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin üzvü vəzifələrini daşıyıb. Hansı ki, dövlət qulluğunda olmaqla bərabər bu vəzifələrin tutulması nə qanuna, nə də məntiqə uyğun deyildi. Ancaq yenə də əsas söz, vurğu təbii ki, qanunun yox reallığın tərəfində olub. Reallıq isə həm də onu deyir ki, əslində, M.Musayev uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur, öz adına olmasa da onun iqtisadiyyatın müxtəlif sahələrində biznesinin olduğu heç kimə sirr deyil.


Onun bank sahəsindəki “fərasətinin” kökündə isə Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovla yaxınlığı durur. Onları yaxın dostluq münasibətləri ilə yanaşı, həm də biznes maraqlarının birləşdirdiyi qeyd olunur. M.Musayevin ASK prezidenti postuna gətirilməsi də Elman Rüstəmovun xidməti hesab edilir. Həmçinin bu iki şəxsi ortaq biznes, nəhəng layihələr birləşdirir. Bakıda M.Musayev tərəfindən tikilən bir çox hündürmərtəbəli yaşayış binalarının maliyyəşməsində Elman Rüstəmovun ciddi rol oynadığına dair məlumatlar var.

Bir sözlə, S.Babayev bank sektorundakı “əyri-üyrü” işlərdə adı hallanan bəlkə də “son mogikanı” yola saldı. Daha bir “gecə-gündüz xalqı düşünən və ona xidmət edən” məmur fəxri istirahətə göndərildi…

C.Məmmədli

“AzPolitika.info”  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Aprel 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see137

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see135

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see131

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see130

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see128

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see127

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see122

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see121

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see121

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see121

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see120

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see116

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see115

Tramp Baydenin tənqidlərinə cavab verib

17 Aprel 2025 00:32see113

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see113

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see113

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see112

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri