Icma.az
close
up
RU
Sahil Babayevin qrup yoldaşı olub DSMF nin yeni sədrinin DOSYESİ

Sahil Babayevin qrup yoldaşı olub DSMF nin yeni sədrinin DOSYESİ

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri təyin edilib.
Demokrat.az xəbər verir ki, Zəka Aqil oğlu Mirzəyev 1978-ci ildə anadan olub.
O, 2000-ci ildə Bakı Dövlət Universiteninin Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə aspiranturasını bitirib.
Z.Mirzəyev Əmək fəaliyyətinə 2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi kimi başlayıb.
O, 2003-2004-cü illərdə hərbi xidmət keçdikdən sonra, 2005-ci ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baş məsləhətçi kimi dövlət qulluğuna daxil olub.
2009-cu ildən həmin nazirliyin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdiri, 2016-cı ildən müdir müavini vəzifələrində çalışıb.
Maliyyə Nazirliyində müvafiq vəzifələrdə işlədiyi müddətdə qanunvericilik və siyasət məsələləri ilə bağlı vəzifə funksiyalarının icrası ilə yanaşı, Avropa Şurasının Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (“MONEYVAL”) Komitəsində ekspert qrupunun üzvü, Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlar prosesində Azərbaycan Respublikasını təmsil edən İşçi Qrupunun üzvü, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunmuş işçi qrupun üzvü, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlığı üzrə Daimi Komitəsində (“COMCEC”) maliyyə məsələləri üzrə Azərbaycan Respublikasını təmsilçisi və s. dövlət əhəmiyyətli funksiyaları icra edib.
2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Hərbi və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin,
2019-cu ildə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
2020-ci ildən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsini icra edir.
20-dən çox elmi məqalənin müəllifi, biri dərslik olmaqla 4 kitabın həmmüəllifidir.
İngilis və rus dillərini bilir.
Evlidir, dörd övladı var.
Xatırladaq ki, daha əvvəl DSMF-nin sədri Himalay Məmişov idi. O, aprelin 15-də vəzifəsindən azad olunaraq maliyyə nazirinin müavini təyin olunub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Aprel 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri