Icma.az
close
up
RU
“Sahil Park”ın Sumqayıt layihəsində reklamla reallıq arasındakı böyük fərq: mənzil neçəyə satılır? ARAŞDIRMA

“Sahil Park”ın Sumqayıt layihəsində reklamla reallıq arasındakı böyük fərq: mənzil neçəyə satılır? ARAŞDIRMA

Icma.az bildirir, Mia.az portalına istinadən.

Məşhur "Kristal" tikinti şirkəti Bakı, Abşeronla yanaşı, Sumqayıtda da yeni layihələr həyata keçirir.

Mia.az xəbər verir ki, bir neçə gündür şirkət Sumqayıt layihəsi üzrə "katlavan"dan, yəni, hələ təməli atılmamış və ya yeni atılan binalarda mənzil satışına başlaması barədə bir çox saytlarda reklam kampaniyasına start verib.

Mövzuya keçmədən xatırladaq ki, hazır olmayan binalarda sonradan yaranan mübahisələrin ölkənin və siyasi hakimiyyətin başına nə qədər böyük problemlər açması sirr deyil. Hətta bu barədə Milli Məclisin iclaslarında dəfələrlə məsələ qaldırılıb, prokurorluq onlarla şirkətə cinayət işi açıb, həbslər həyata keçirilib. Üstəlik, Prezident Administrasiyasının müvafiq şöbəsi hər il dələduz tikinti şirkətlərin adlarını cəmiyyətə açıqlayaraq, əhalidən təməli atılmış və ya tikilməkdə olan binalardan sənədsiz (çıxarışsız) mənzil almamaları barədə xəbərdarlıqlar edir.... 

Ancaq görünən budur ki, rəsmi xəbərdarlıq "Kristal" və onun nəzdindəki şirkətlər üçün əhəmiyyətsizdir.

Belə ki, şirkətin bir neçə gündür saytlarda yaydırdığı yeni reklam mətnində deyilir: "...Təməl mərhələsindən alınan mənzillər həm daha sərfəli qiymətlərlə, həm də gələcəkdə yüksək dəyər qazanmaq imkanı ilə seçilir. Bu baxımdan Kristal” Sumqayıt bulvarında, Sumqayıt Dənizkənarı Parkın ərazisində, Göyərçin heykəlinin yanında yerləşən “Sahil Park” yaşayış kompleksində yeni mərhələdə mənzilləri satışa çıxarıb. Hazırda layihə katlavan mərhələsindədir və tikinti işləri planlı şəkildə davam edir. Layihədə sahəsi 49,91 m²-dən 154,8 m²-ə qədər olan studiya 2, 3 və 4 otaqlı mənzillər mövcuddur. Alıcılar 15%-dən başlayan ilkin ödənişlə mənzil sahibi ola bilərlər. Məsələn, 49,91 m² 2 otaq studiya mənzil üçün 14 149 manat ilkin ödəniş etmək kifayətdir. Kompleksdə dəniz mənzərəli mənzillər də təqdim olunur".

Hə, bax, əsl həngamə elə yuxarıda saytlara verilən reklam kampaniyasında qeyd edilən şərtlərlə şirkətin özünün rəsmi saytındakı şərtlər arasında böyük fərqlərin olmasından başlayır.

Mia.az-ın əməkdaşı şərtlərin nə qədər doğru olub-olmadığını öyrənmək üçün şirkətin rəsmi saytında https://kristal.az/projects/ongoing/sahil-park-sumqayit-4/  araşdırma aparıb. Bəlli olub ki, şirkətin saytlarda elan etdiyinin əksinə olaraq, Sumqayıtda Sahil Park layihəsində tikilməkdə olan binalardaki mənzillər Bakı qiymətinə, özü də daha ağır şərtlərlə satılır: "Məsələn, 2 otaq studiya tipli 46.86 kv.metrilik mənzil nağd qoymətə 107728 manata, 50 kv.metrlik mənzil isə 112.723 manata satışdadır. Buradan sadə hesablama ilə görünür ki, Sumqayıtda studiya tipli mənzillərin bir kv.metri nə az, nə çox - düz 2254 manat satılır. Özü də bu mənzillər hələ hazır deyil. Bu qiymətə Bakının Bayıl qəsəbəsində - Bulvarın bir addımlığında hazır mənzillər satılır. 

"Kristal"ın kredit/ipoteka şərtləri də çox ağırdır. Şirkkətin rəsmi saytındakı rəsmi elandan görünür ki, şirkət daxili ipoteka şərtləri minimum maaşın 400 manat olduğu ölkədə böyük çopxluq üçün əlçatmazdır. Məsələn, 2 otaq sutudiya tipli 46.86-50 kv.metrlik mənzillər üçün ilkin ödəniş olaraq əvvəlcədən 32.332 manat tələbi var. 10 illik ipoteka ilə bilirsiniz aylqı kredit neçə faizdən hesablanır? 30 faiz. Bəli, bəli, məhz 30 faiz. Bunu aylara böldükdə ömür bir yana qalsın, maaşla ödəmək mümkündürmü?..."

Yaranmış təzadlı vəziyyətlə bağlı Mia.az saytı şirkətin rəsmi poçt ünvanına sorğu ünvanlayıb. 

F.ƏHMƏD

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri