Icma.az
close
up
RU
Bakıda PARKİNQ QİYMƏTLƏRİ Avtomobili bir günlük park etmək neçəyə BAŞA GƏLİR? ARAŞDIRMA

Bakıda PARKİNQ QİYMƏTLƏRİ Avtomobili bir günlük park etmək neçəyə BAŞA GƏLİR? ARAŞDIRMA

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Maşını harda saxlayım?
Yəqin ki, Bakıda çox sürücü bu sualı özü-özünə verib. Cavab əslində özünü çox gözlətmir: ya xüsusi ayrılmış Azparking parklanma zonalarında saxlayıb əraziyə görə saathesabı ödəyəcək, ya da hansısa məhəllə arasında birtəhər maşına yer eləyib sarıjiletli dayını razı salmalı olacaqsınız.
Bəs görəsən Bakıda və ətraf qəsəbələrdə hələ də havayı yerlər varmı? Yoxdursa, paytaxtda bir gün və ya bir ay avtomobil park etmək sürücülərə neçəyə başa gəlir?
 

Qanunla Bakı, Gəncə və Sumqayıt şəhərləri istisna olmaqla, digər şəhər və rayonlarda parklanma ödənişsizdir. Paytaxtın Azparking zonalarında saat 22:00-dan səhər saat 07:00-dək və bazar günləri parklanma ödənişsiz olur. Digər saatlarda və günlərdə isə mərkəzdə 1 Azn, kənar ərazilərdə isə 0.70 və 0.30 Azn-dir.


Bundan başqa özəl biznes-mərkəzlər, iri ticarət mərkəzləri, dəmiryolu və avtovağzal ərazilərində xüsusi kartlarla park ödənişləri edilir. Bu ödənişlərin məbləğini də mərkəzlərin özləri təyin edir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansında olan yeraltı parklanma məntəqələrində isə (Hökumət evi, Qış parkı və Mərkəzi Parkda) 1 saata qədər 1, 1-3 saat üçün 2, 3-6 saat üçün 3 Azn, 6-12 saat üçün 5 Azn, 12-24 saat üçün 10 Azn ödəniş tələb olunur.
Burada təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödənilir.
 

Ümumi hesaba alsaq, Bakı şəhərinin mərkəzində yerüstü parklanma tarifinə görə   hər gün 8 saat işləyən adama, 22 gün üçün aylıq 170 manatı keçəcək. Əgər iş yeri mərkəzdə deyilsə, aylq ödəniş məbləği 100-125 manat civarında olacaq.


Gözdən uzaq, məhəllə arasında yer tapsanız, “parkovşik”ləri günlük 2-3 manata razı salmaq olar. Dili şirin olanlar üçün məsələni 1 manata da “aşırmaq” mümkündür.
Nəbadə Xırdalan tərəfə gələsiniz, çünki maşınınız “havada” qalacaq. Bu kiçik şəhərdə əhali və nəqliyyat sıxlılğından maşını saxlamağa nədir, sürməyə yer yoxdur. Şlaqbaumlu həyətlərdən isə əlinizi ümumiyyətlə üzün, ora məhəllə sakinləri üçün nəzərdə tutulub.
 

Tıxac həvəskarları olan sürücülər maşınlarını rahat Masazıra, Saraya, Novxanıya sürə bilərlər. Buralarda bəzi əraziləri çıxmaqla havayı parklanma yerləri hələ də tapa bilərsiniz.


Maraq üçün bildirək ki, dünyanın ən bahalı dayanacaqları London şəhərində yerləşir -1000 dollar. Növbəti sırada Amsterdam gəlir - aylıq 850 dollar. Sonrakı yerdə Honkonq (745 dollar), 5-ci yerdə Tokio dayanır (740 dollar).
Şəfiqə Şəfa, Bizim Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Avqust 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see351

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri