Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Xankəndi, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının müasir tarixində xüsusi mənəvi və ictimai əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarixdə Vətən uğrunda canından keçən qəhrəmanlarımızı yad etməklə yanaşı, tarixi Zəfərə gedən yolu, həmin qələbənin hansı böyük fədakarlıqlar hesabına əldə edildiyini bir daha xatırlayırıq.

Bu fikirlər Qarabağ Universitetinin rektoru Şahin Bayramovun 27 Sentyabr - Anım Günü ilə bağlı AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin misilsiz igidliyi, xalqımızın möhkəm birliyi və milli iradəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildi. Bu tarixi qələbənin hər səhifəsində Vətən qarşısında böyük fədakarlıq göstərmiş qəhrəman şəhidlərimizin izi var.

Bu gün həmin qələbənin mahiyyətini yalnız tariximizin şanlı səhifəsi kimi deyil, həm də bizə böyük məsuliyyət yaradan müqəddəs əmanət kimi dərk etməliyik. Şəhidlərimizin həyatı və döyüş yolu Vətənə sədaqətin, milli iradənin və əsl vətəndaşlıq mövqeyinin parlaq nümunələrindəndir. Onların əziz xatirəsini yaşatmaq və göstərdikləri şücaətin mənasını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.

Bu gün azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini, yenidən salınan şəhər və kəndləri, yaradılan müasir infrastruktur və sosial obyektləri, insanların öz doğma yurdlarına qayıdışını böyük qürur hissi ilə müşahidə edirik. Qarabağda və Şərqi Zəngəzurda həyatın yenidən canlanması, bu torpaqların sürətlə inkişafı və tərəqqisi şanlı Zəfərin ən mühüm nəticələrindəndir. Əminik ki, uzun illər həsrətində qaldığımız bu doğma yurdlarımızın dirçəlişi uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhunu şad edən ən böyük mənzərələrdəndir.

Dövlət başçımızın müvafiq Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması və fəaliyyət göstərməsi də bu böyük tarixi qələbənin mühüm nəticələrindən biridir. Biz hər gün bu torpaqlarda təhsil alan gənclərimizlə birlikdə Zəfərin məsuliyyətini daha yaxından hiss edirik. Universitet olaraq qarşıya qoyduğumuz məqsəd yalnız yüksəkixtisaslı mütəxəssislər hazırlamaq deyil. Biz, eyni zamanda, milli-mənəvi dəyərlərini dərk edən, dövlətçiliyinə bağlı, Vətən qarşısında məsuliyyətini anlayan və cəmiyyətin gələcəyinə töhfə verməyə hazır gənclər yetişdirməyi əsas vəzifələrimizdən biri hesab edirik.

Şəhidlərimizin qəhrəmanlıq irsinin tələbələrimizə və bütövlükdə gənc nəslə çatdırılması bu missiyanın mühüm tərkib hissəsidir. Çünki tarixi yalnız bilmək kifayət deyil, onu yaradan dəyərləri yaşatmaq və gələcəyə ötürmək də vacibdir. Qarabağ Universitetində formalaşan hər bir gəncin öz xalqının keçdiyi mübarizə yolunu bilməsi, bu gün sahib olduğumuz azadlığın və imkanların qiymətini dərk etməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır.

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Onların hər birinin qarşısında baş əyir, Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Vətən uğrunda döyüşlərdə sağlamlığını itirmiş qazilərimizə möhkəm cansağlığı arzulayırıq.

Şəhidlərimizin müqəddəs xatirəsi daim yaşayacaq, onların göstərdiyi qəhrəmanlıq isə Azərbaycanın gələcək nəsilləri üçün Vətənə xidmətin əbədi örnəyi olaraq qalacaq.

Müxbir - Tahir Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri