Icma.az
close
up
RU
Şahin Diniyev: Kubokun finalında oyunun taleyini ilk qol müəyyənləşdirə bilər

Şahin Diniyev: Kubokun finalında oyunun taleyini ilk qol müəyyənləşdirə bilər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 13 may, AZƏRTAC

Mövsüm ərzində stabil çıxış edən iki layiqli komanda finala yüksəlib. Fikrimcə, tərəflərin şansları bərabərdir. Görüşün taleyini daha çox taktiki gedişlər və buraxılan ilk qol müəyyənləşdirə bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunda bu gün “Sabah” və “Zirə” komandaları arasında keçiriləcək final matçı barədə danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, Premyer Liqada çempionluğu təmin edən “Sabah” mövsümü daha bir titulla başa vurmağa çalışacaq: “Komanda artıq öz gücünü çempionatda sübut edib. İndi isə mövsümü “qızıl dubl”la başa vurmaq üçün yaxşı imkanları var və düşünürəm ki, bundan maksimum yararlanmağa çalışacaqlar”.

Ş.Diniyev bildirib ki, “Zirə” üçün bu qarşılaşma təkcə kubok deyil, həm də avrokuboklara gedən ən qısa yol hesab olunur: “Bu oyun komandanın avrokuboklara vəsiqə qazanmaq baxımından ən real şansıdır. Çempionatda vəziyyətləri istədikləri kimi deyil. “Neftçi” hazırda onları 3 xalla qabaqlayır. Bu səbəbdən kubokun finalı “Zirə” üçün həlledici qarşılaşma sayılır. Düşünürəm ki, futbolçular həm məsuliyyəti, həm də motivasiyanı yüksək səviyyədə hiss edəcəklər”.

O, komandaların oyun üslublarına da toxunub: “Maraqlı məqam odur ki, çempionatın ən məhsuldar hücum xəttinə malik “Sabah” ən etibarlı müdafiəsi olan “Zirə”yə qarşı oynayacaq. Bu baxımdan meydanda yalnız futbolçuların deyil, məşqçilərin taktiki mübarizəsini də izləyəcəyik. Hesab edirəm ki, komandalar ilk dəqiqələrdən açıq futbol nümayiş etdirməyəcək. Hər iki komandanın ehtiyatlı futbol oynayacağını düşünürəm”.

Veteran futbolçu ilk qolun matçın taleyinə ciddi təsir göstərə biləcəyini də vurğulayıb: “Final qarşılaşmalarında ilk qol çox şeyi dəyişir. Qolu buraxan tərəf istər-istəməz risk etməyə başlayır, bu isə oyunda boşluqlar yaradır. Ona görə düşünürəm ki, ilk hissədə komandalar daha diqqətli davranacaqlar. Ümumilikdə isə finalın gərgin, taktiki mübarizə şəraitində və az qol epizodları ilə keçəcəyini gözləyirəm”.

Qeyd edək ki, “Palms Sports Arena”da keçiriləcək “Sabah” - “Zirə” qarşılaşması saat 20:00-da başlayacaq. Ölkə kubokunun son qalibi “Sabah” komandasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri