Şahin Mustafayev Ermənistana gedəcək MÜHÜM GÖRÜŞ
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclası Ermənistanda keçiriləcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə "Sülh Körpüsü" çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələrinin görüşündə Ermənistanın "Orbeli" Analitik Tədqiqatlar Mərkəzinin eksperti Narek Minasyan məlumat verib.
O, komissiyalar arasında son 2 görüşün Azərbaycan ərazisində keçirildiyini nəzərə alaraq bu qərarın verildiyini bildirib.
Xatırladaq ki, komissiyalara Azərbaycan tərəfdən Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan tərəfindən isə Baş nazirinin müavini Mher Qriqoryan sədrlik edir.
Komissiyalar sonuncu dəfə 2025-ci il noyabrın 28-də Azərbaycanın Qəbələ şəhərində toplaşmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 Fevral 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















