Şahmat üzrə beynəlxalq turnir Bakıda keçiriləcək
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open – 2025” Beynəlxalq Şahmat Festivalını təşkil edəcək.
Futbolpress.az xəbər verir ki, Beynəlxalq turnir Baku Crystal Hall-un sərgi mərkəzində 27 aprel – 6 may tarixlərində keçiriləcək. Yarışda şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq. Festival çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatı da baş tutacaq.
Festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir.
Qeyd edək ki, festival “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçiriləcək yarışlardan biridir.
Turnirin əsasnaməsi ilə asf.org.az saytından tanış ola bilərsiz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 12 Mart 2025 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















