Şahquliyev: “Təklif olsa, niyə də işləməyim ki?!” Vüqar Nadirov getdi, bəs kim gəlir?
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
“Hypers Quba” noyabrın 13-də baş məşqçisi Vüqar Nadirovla yolları ayırdı.
Quba təmsilçisi indi 2-ci liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşsa da, son iki oyunda komandanın əsas rəqiblərindən “Şəfa” ilə “Şahdağ Qusar”a uduzması istər-istəməz düşərgədə müəyyən gərginlik yaratmışdı. Odu ki, baş məşqçinin qarşılıqlı razılıq əsasında istefaya yollanması təəccüb doğurmadı.
Artıq bir neçə mütəxəssisin adı ilə “Hypers Quba”yanaşı hallanır. Bunlardan biri də Bəhram Şahquliyevdi. Qusarlı baş məşqçinin qarşısına 1-ci liqaya vəsiqə qazanmaq vəzifəsinin qoyulduğu deyilir. Bəs o, “Hypers Quba”nın “sükanı arxasına” keçəcəkmi? 51 yaşlı mütəxəssis “Futbol+”ə bunları söylədi:
“Yayılan məlumatlar həqiqəti əks etdirmir. “Hypers Quba” ilə danışıq aparmamışam. Ümumiyyətlə, 2-ci liqadan təklif gəlməyib. Təklif olsa, niyə də işləməyim ki?! Hazırda “Zirə”nin akademiyasında çalışıram”.
Klub prezidenti Ayaz Abdullayev də məlumatı təkzib etdi. Həmçinin hazırda bir neçə təcrübəli mütəxəssisi nəzərdən keçirdiyini, dəqiq seçim etmədiyini vurğuladı.
RÖYANƏ OĞUZ
Baxış sayı:94
Bu xəbər 16 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















