Icma.az
close
up
RU
Şair Səidə Sübhi haqqında sənədli film çəkilib

Şair Səidə Sübhi haqqında sənədli film çəkilib

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ”Səidə Sübhi. Şairin portreti” sənədli filminin premyerası keçirilib. Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə ərsəyə gələn filmin rejissoru Oleq Namazovdur.

AZƏRTAC xəbər verir ki, premyerada mədəniyyət və incəsənət xadimləri, ziyalıları, media nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Səidə Sübhi “Somnambula” poeziya toplusunun müəllifi, bir çox respublika və beynəlxalq şeir müsabiqələrinin laureatıdır.

Şair AZƏRTAC -ın müxbirinə çəkilişlərdəki təəssüratını bölüşüb.

“Filmin qəhrəmanı olmaq heyrətamiz idi. Mənim üçün bu, yeni maraqlı təcrübə idi. Oleq Namazovun həm bir insan, həm də rejissor kimi nəzakətliyini qeyd etmək istəyirəm. Aramızda çox ahəngdar əməkdaşlıq alındı. Şəxsən mənim üçün bu, bir növ özümlə kənardan tanış olmaq idi”, - deyə Səidə Sübhi qeyd edib.

Kinorejissor Oleq Namazov AZƏRTAC -ın müxbirinə layihə üzərində işlərin necə aparıldığı barədə bəhs edib.

“Belə bir filmin çəkilməsi ideyası mənə 2023-cü ildə, mədəniyyət mərkəzlərinin birində bard mahnılarının ifaçıları arasında Səidə Sübhini görəndən sonra gəldi. Səidə bu fikri maraqlı hesab etdi. Daha sonra Azərbaycan Kinematoqrafçılar İttifaqına təklif olundu, ideya orada təsdiqləndi. Çəkilişlər 2024-cü ilin yazında başladı. Nəhayət, 2025-ci ilin fevralında film həm Azərbaycan Kinematoqrafçılar İttifaqı, həm də qəhrəman tərəfindən bəyənildi. Anna İbrahimbəyova bizə filmin nümayişini Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirmək imkanını lütfkarlıqla təqdim etdi. Buna görə ona ayrıca minnətdarlığımı bildirirəm”, - deyə rejissor vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 İyul 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri