Icma.az
close
up
RU
Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK dan ŞİKAYƏT

Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK dan ŞİKAYƏT

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence” kooperativi ilə sakinləri arasında qalmaqal bitmək bilmir.

"Unikal" xəbər verir ki, binanın layihə üzrə işlərini tamamlamayan MTK rəhbərliyi hər dəfə qanunsuz əməlləri ilə sakinlərin haqlı şikayətlərinə səbəb olur. Hazırkı vəziyyət isə daha kəskin xarakter alıb. İllərdir başlarına gələn bəladan xilas ola bilməyən sakinlər bununla bağlı media vasitəsilə ictimaiyyətə və əlaqədar qurumlara növbəti dəfə məlumat veriblər.
     Daha öncə də bildirdiyimiz kimi, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi binanın həyətində qanunsuz tikililərin sökülməsi, qanunsuz hərəkətlərin dayandırılması və sakinlərə qarşı törədilən qanunsuz manelərin aradan qaldırılması barədə bina yaşayışçılarının xeyrinə qərarlar çıxarmasına baxmayaraq, Ali Məhkəmənin hakimi Babayev Zəki Baba oğlu bu işi guya bəzi araşdırma və dəqiqləşdirmələrə zərurət yaranması səbəbindən geri qaytarıb. Bu da sakinlərin ciddi narazılığı ilə qarşılanıb. Çünki bu addım MTK rəhbərliyinin sakinlərə qarşı əl-qolunu açıb. Görəsən, Ali Məhkəmə hakimi dəlil olaraq, hansı araşdırmalara əsaslanıb? Söhbət bundan gedir ki, MTK-nın təsisçisi Babək İsmayılov həyəti bərpa etmək və layihəni sona çatdırmaq bəhanəsi ilə qonşu “Caspian” MTK-nın müvafiq dövlət qurumunda təsdiqi olmayan “layihəsi” çərçivəsində avtomobil dayanacağına yol açmaq üçün təhvil verilən “Pilot Residence” yaşayış kompleksinin binasının 1-ci blokunun yaxınlığında qanunsuz qazıntı işləri aparmaqla yeraltı keçid inşa etmək üçün əlavə giriş düzəltmək istəyir. Bununla da o, daha çox nəqliyyat vasitəsinin parklanması üçün yerlər əldə edib qazancını artırmaq arzusundadır. Sakinlərdən xəbər tutduq ki, hazırda fəaliyyətdə olan yeraltı qarajın bir hissəsi Babək İsmayılovun qeyri-rəsmi “rent-a-car” biznesinə xidmət edir. Hər iki MTK layihələrinin pilot olması səbəbindən işlərin Səbail RİH-in rəyinin olduğu halda həyata keçirilməsi mümkündür. Söhbət qanunazidd olmayan və 2017-ci ildə təsdiqlənən layihə əsasında fəaliyyətlərdən gedir. Hazırda “Caspian” MTK FHN-nin Dövlət Ekspertiza Baş İdarəsi (DEBİ) tərəfindən verilən rəy və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) təsdiqi olmadan ona istinad etdikləri yeganə sənəddir. Bu isə 2023-cü il tarixində qüvvədən düşüb. Bir sözlə, “Caspian” MTK-nın layihəsinin sənədləşdirilməsi üçün nəinki DEBİ-nin təsdiqi tələb olunur, həmçinin TTNDA-nın da təsdiqi zəruridir. Odur ki, mövcud qanunvericiliyə əsaslanaraq aidiyyəti dövlət qurumları - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN, Səbail RİH məsuliyyəti üzərinə götürməkdən imtina edirlər. 
     Sakinlər də bildirir ki, mövcud qanunvericiliyə əsasən, layihə aidiyyəti qurumlarda təsdiqləndikdən sonra reallaşdırılmalıdır. MTK isə öz qanunsuz niyyətlərini həyata keçirmək üçün bütün mümkün variantlardan istifadə etməklə günümüzədək məhkəmə mübahisəsini uzadır. Sakinlər əminliyini bildirir ki, qanunsuz və layihədənkənar istənilən addımların qarşısını almaq üçün ölkə başçısı cənab İlham Əliyevə, ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya və aidiyyəti dövlət qurumlarına üz tutaraq qanuni və ədalətli mübarizələrindən geri çəkilməyəcəklər.
     Gördüyünüz kimi, MTK məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atır, sakinlərin normal yaşayışına süni əngəllər törədir. MTK və bina sakinləri arasındakı qalmaqalın bitməsinin yeganə yolu isə əlbəttə ki, bina idarəçiliyinin qanunauyğun şəkildə sakinlərin ixtiyarına verilməsidir. 
     


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 May 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri