Icma.az
close
up
RU
Sakitcə telefona baxır, sonra intihar edir Faciəyə aparan görünməz yol

Sakitcə telefona baxır, sonra intihar edir Faciəyə aparan görünməz yol

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə gənclər arasında depressiya, panik atak və intihar hallarının artması narahatlıq doğurur.

Psixoloq Vüsalə Rüstəm Yenisabah.az-a açıqlamasında bu artımın səbəbləri ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, yaxın keçmişdə insanlar bir-biri ilə canlı ünsiyyətdə olur, hisslərini paylaşmaqla emosional balansı qoruyurdular. Lakin indi vəziyyət tam fərqlidir:

“Canlı ünsiyyət tamamilə yoxa çıxmaq üzrədir, gənclər bir yerə əylənməyə getdikdə belə telefondan uzaqlaşa bilmirlər, hər kəsdə telefon asılılığı yaranıb. Emosional gərginlik bədəndə qalır, duyğular ölür, aqressivləşir və daxilən tənhalaşma başlayır”.

Psixoloq əlavə edib ki, bir çox valideynlər sosial vəziyyətlə əlaqədar uzun saatlar işlədikləri üçün uşaqları ilə kifayət qədər emosional bağ qura bilmirlər. Bu isə uşaqlarda anlayışsızlıq və diqqət çatışmazlığı ilə yanaşı, daxili boşluq hissi yaradır.

Vüsalə Rüstəm qeyd edib ki, uşaqlara uduzmaq və itirmək hissi öyrədilməlidir. Onun fikrincə, bu, psixoloji dayanıqlığın formalaşması üçün vacibdir:

“Bunun üçün uşaqlarla mütləq müxtəlif oyunlar, şahmat, dama oynanılmalıdır. Uşaq uduzmaq hissini yaşamalıdır. Bu hissi müxtəlif idman növləri ilə məşğul olan uşaq və gənclərə hiss etdirmək olur. İlk sevgisi alınmayan uşaqlar o zaman intihara əl atırlar ki, onlar boşluğa düşür, itirmək və uduzmaq hissi onların beyninə təsir edir və bu vəziyyətdən çıxa bilmirlər. Valideyn isə vəziyyəti anlaya bilmədiyi üçün kömək edə bilmir”.

Onun sözlərinə görə, uşaqlarda depressiv vəziyyətə meyllilik artıq 9-10 yaşlarından başlayır. Vüsalə Rüstəm qeyd edib ki, bölgələrdə bu cür uşaqlar psixoloq dəstəyini təhsil müəssisələrində, gənclər isə psixoloji mərkəzlərdə ala bilər. Lakin bu dəstəyə münasibətdə hələ də ciddi yanlış yanaşmalar var:

“Təəssüf ki, hələ də psixoloqa müraciət edənə 'dəli' kimi baxan bölgələr var. İnsanlar psixoloqla, psixiatrın fərqini başa düşmürlər. Düşüncə pozuqluğu, ruh aləmi, davranış pozuqluğu haqqında heç bir məlumatı olmayan Səkinə nənələr, ‘bizi biabır etmə’ deyərək zamanında nəvələrinə kömək göstərilməsinə imkan vermirlər. Bunu ayıb sayırlar. Əvəzində nə baş verir? Uşaq depressiyaya düşür, intihar edir. Nənə gələn insanlara sadəcə ‘alın yazısı belə idi’ deyib susur”.

İntihar hadisəsi beyin qatları ilə bağlıdır. Uzun zaman psixo-emosional vəziyyəti gərgin olan, davamlı bədbinləşən insanın beyin qatlarında kimyəvi sfera dəyişir. Qəfil qərar verir və icra edir. Beyin neyronları arasında həmin an əlaqə qırıq-qırıq, ya da tam itir. Ətrafımızdakı insanlara qarşı diqqətli olmaqla faciələri önləyə bilərik”.

Ekspert sonda vurğulayıb ki, bu cür halların qarşısını almağın yeganə yolu həm gənclərin, həm də valideynlərin psixoloji maariflənməsi və ətrafdakılara qarşı daha diqqətli yanaşmasıdır.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyun 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri