Icma.az
close
up
RU
Saleh Səmədovu niyə DTX həbs etdi, onu nə gözləyir? Sensasion gəlişmələr

Saleh Səmədovu niyə DTX həbs etdi, onu nə gözləyir? Sensasion gəlişmələr

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


İmişli Ağsaqallar Şurasının keçmiş sədri Saleh Səmədovun ötən gün həbs edildiyi haqda məlumat vermişdik.

Bakupost.az xəbər verir ki, məlumatda ən diqqətçəkici məqam onun həbsinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilməsidir.

Həbsi niyə DTX həyata keçirməlidir?

Medianın yaydığı məlumata görə, S.Səmədov CM-in 179-cu maddəsi ilə ittiham olunur. CM-in 179-cu maddəsi “mənimsəmə və israf etmə”ni nəzərdə tutur və özündə 4 bəndi birləşdirir:

179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

179.2. Eyni əməllər:

179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

179.2.2. təkrar törədildikdə;

179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

179.3.2. külli miqdarda törədildikdə;

179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə -

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

179.4. Bu Məcəllənin 179.1—179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —

on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, CM-in 179-cu maddəsinin əhatə dairəsi həddən artıq genişdir, burada hətta “min manatlıq cərimədən” də söhbət gedir.

Ancaq Saleh Səmədovun məhz DTX tərəfindən həbs olunması göstərir ki, burada CM-in 179-cu maddəsinin ağırlaşdırıcı bəndlərindən söhbət gedir. Üstəlik, məhkəmənin istintaq müddətində 4 aylıq həbs qətimkan tədbiri seçməsi də sıradan cəza deyil. Demək, istintaq orqanı 4 aylıq həbs tələb edib. Bu isə cinayət işi ilə bağlı ciddi araşdırmaların aparılacağına dəlalət edir.

CM-in 179-cu maddəsində ağırlaşdırıcı bəndlər “bir qrup şəxsi” əhatə edir. Beləliklə, Saleh Səmədovla bərabər daha kimlərinsə istintaqa cəlb edilməsi ehtimalı yüksəkdir.

Buna baxmayaraq, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidmətinin – hüquq-mühafizə orqanlarının elitasının həyata keçirməsini şərtləndirən daha bir ehtimal da var.

Bir müddət öncə, hələ İmişli Ağsaqqallar Şurasının sədri olarkən Saleh Səmədov içkili halda avtomobil sürərkən saxlanılmış, ondan sənəd tələb edən polis əməkdaşını isə ağır sözlərlə təhqir etmişdi. İmişli RPŞ-nin rəisi Azər Tağıyev isə yol polisi əməkdaşının kamerası vasitəsilə qeydə alınan bu görüntülərdəki təhqirləri izlədikdən sonra prinsipial mövqe tutmuş və onun 1 ay müddətində inzibati qaydada həbsinə nail olmuşdu.

Həmin vaxt Saleh Səmədovun yaxın dostlarının dövriyyəyə girdiyi iddia edilir. S.Səmədovun xahişini edən isə onunla yaxın dostluq münasibəti olan millət vəkili Siyavuş Novruzov olduğu söylənilir. S.Novruzovun israrlarına baxmayaraq, Saleh Səmədovu həbsdən azad etmək mümkün olmayıb. Buna baxmayaraq, Apellyasiya Məhkəməsində onun cəzasını 15 sutkaya endirməyə və daha tez azad olunmasına nail olublar.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bundan sonra Ombudsman Aparatı 3 ay ərzində bir neçə dəfə “qəfil yoxlamalarla” İmişli Polis Şöbəsində reyd keçirib və ciddi narahatlıq yaradıb. Xatırladaq ki, ombudsman Səbinə Əliyeva Siyavuş Novruzovun həyat yoldaşıdır.

Ehtimal olunur ki, hazırkı əməliyyatı DTX-nin keçirməsinin səbəbi Saleh Səmədovun himayədarlarının çox, imkanlarının isə geniş olması ilə bağlıdır.

Bu məqamda Saleh Səmədovun var-dövlətinin bir hissəsini növbəti dəfə yada salaq:

1. İmişlidə "Kral Saray" adlı şadlıq sarayı;

2. "Kral" çay evləri şəbəkəsi;

3. Uşaq bağçası;

4. Çörək sexi;

5. Spirt-şirə zavodu;

6. Hipermarket;

7. Kolbasa sexi;

8. Mal-qara və donuz fermaları;

9. 20 hektar ərazini əhatə edən istilikxanası və s.

Onun "Rolls-Royce"a, həmçinin paytaxtda villalara, market, restoranlara, tikinti şirkətinə sahib olduğu deyilir.

Bu baxımdan DTX-nin istintaq aparmasının səbəbləri sırasında Saleh Səmədovun himayədarlarının və dostlarının imkanlarından istintaqa təsir üçün istifadə ehtimalını aradan qaldırmaq, eyni zamanda, mənimsəmənin onun ölkənin bir neçə ərazisində fəaliyyət göstərən şəbəkəsində aşkarlanması ehtimalıdır.

Azər, Bakupost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 İyun 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri