Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri

Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhur mahnıların arxasında da olduqca maraqlı hekayələr dayanır.

Con Bon Covi – “Şöhrət alovu”

Con Bon Covinin ən məşhur mahnılarından biri olan “Şöhrət alovu” “Gənc silahlar II” filmi üçün yazılıb.

Aktyor Kifer Sazerlendin sözlərinə görə, Bon Covi şam yeməyi zamanı Emilio Estevezə filmin davamı üçün musiqi yazmaq istədiyini deyib. Digərləri söhbət edərkən musiqiçi ağlına gələn fikirləri salfetlərin üzərinə qeyd etməyə başlayıb.

Təxminən 15 dəqiqə sonra “Şöhrət alovu” hazır olub. Bon Covi daha sonra həmin salfetləri Estevezə verib. Aktyorun bu üç salfeti hələ də çərçivəyə salaraq evində saxladığı bildirilir.

Mahnı 1990-cı ildə yayımlanıb, “Billboard Hot 100” siyahısında birinci yerə yüksəlib və 21 həftə zirvədə qalıb. “Şöhrət alovu” 1991-ci ildə “Golden Globe” mükafatına layiq görülüb, həmçinin “Oskar” və “Qremmi” mükafatlarına namizəd olub.

“Beastie Boys” – “Əylənmək haqqın üçün mübarizə apar”

1986-cı ilin yayında “Beastie Boys” üzvləri prodüser Rik Rubinlə birlikdə Nyu-Yorkdakı “Palladium” klubunun “Michael Todd Room” zalında oturublar. Mayk Daymondun sözlərinə görə, onlar qreypfrut şirəsi ilə araq içir və gələcək mahnının sözlərini kokteyl salfetlərinin üzərinə yazırdılar. Mahnının yazılmasına cəmi beş dəqiqəyə yaxın vaxt sərf olunub.

“Əylənmək haqqın üçün mübarizə apar” sonradan “Billboard Hot 100” siyahısının ilk onluğuna daxil olub və “Beastie Boys” qrupunun ən məşhur mahnılarından birinə çevrilib.

“Eagles” – “Yalançı gözlər”

“Yalançı gözlər” mahnısının hekayəsi Qərbi Hollivuddakı “Dan Tana's” restoranında başlayıb.

Qlenn Frey və Don Henli restoranda gənc qadının özündən xeyli yaşlı və varlı kişi ilə oturduğunu görüblər. Frey həmin qadının yalançı baxışlarını gizlədə bilmədiyini deyib.

Bu ifadə musiqiçilərin diqqətini çəkib. Onlar dərhal salfetləri götürərək gələcək mahnı üçün fikirlərini yazmağa başlayıblar. Mahnının hazırlanması asan gedib və iki gecə ərzində tamamlanıb.

“Yalançı gözlər” 1975-ci ildə yayımlanıb, “Billboard Hot 100” siyahısında ikinci yerə yüksəlib və “Eagles” qrupuna “Qremmi” mükafatı qazandırıb.

“Warrant” – “Albalı piroqu”

“Warrant” qrupunun solisti Cani Leyn “Albalı piroqu” mahnısını təxminən 15 dəqiqəyə yazıb.

“Columbia Records”un rəhbəri Don Yenner qrupdan ikinci alboma güclü bir mahnı əlavə etmələrini istəyib. Məlumata görə, Leyn mahnının sözlərini dostunun mətbəxində boş pizza qutusunun üzərinə yazıb.

Əvvəlcə albomun “Tom dayının daxması” adlandırılması planlaşdırılırdı. Lakin yeni mahnı yazıldıqdan sonra albomun adı dəyişdirilərək “Albalı piroqu” qoyulub. Mahnı 1990-cı ildə yayımlanıb və “Billboard Hot 100” siyahısının ilk onluğuna daxil olub.

Qart Bruks – “Aşağı yerlərdə dostlarım”

Qart Bruksun ifa etdiyi “Aşağı yerlərdə dostlarım” mahnısının müəllifləri Dueyn Blekvell və Erl Bad Lidir.

Mahnının adının yaranması isə təsadüfi zarafatla bağlıdır. Bir dəfə restoranda hesabı ödəməyə pullarının çatmadığını anlayan Erl Bad Li zarafatla həmin restoranda işləyən tanışı olduğunu və aşağı zalda dostlarının olduğunu deyib.

Bir neçə ay sonra müəlliflər bu ifadəni yenidən xatırlayıblar. Əllərinin altında kağız olmadığı üçün mahnının əsas fikirlərini salfetlərin üzərinə yazıblar. Qart Bruks əvvəlcə mahnının demo versiyasını hazırlayıb, daha sonra isə onu ikinci albomu “Hasarsız”a daxil edib.

“Aşağı yerlərdə dostlarım” 1990-cı ildə “Billboard Hot Country Songs” siyahısında birinci yerə yüksəlib və dörd həftə zirvədə qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Oktyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri