Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Sallaqxana zirzəmisində əsir saxlanıldı, bacısının uşaqlarını övladlığa götürdü Kurt Vonnequt niyə intihara cəhd etmişdi?

Sallaqxana zirzəmisində əsir saxlanıldı, bacısının uşaqlarını övladlığa götürdü Kurt Vonnequt niyə intihara cəhd etmişdi?

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

11 noyabr məşhur amerikalı yazıçı, satirik və rəssam Kurt Vonnequtun doğum günüdür.

Kulis.az bu münasibətlə Dəniz Saldıranın tərcüməsində Suzan Raqanın yazısını təqdim edir.

İkinci Dünya müharibəsinin veteranı, amerikalı yazıçı Kurt Vonnequt “Sallaqxana №5 və ya uşaqların xaç yürüşü ”, “Pişik üçün nənni”, “Çempionlar üçün səhər yeməyi” kimi romanları ilə dünya ədəbiyyatında məxsusi yer tutur.

O, həmçinin pyeslərin və hekayələrin müəllifidir. Əsərlərində distopik cəmiyyətlər, müharibənin doğurduğu ümidsizlik və insan təbiətinə qarşı istehzalı münasibət diqqət çəkir.

Yazıçı 1960-cı illərin qarşı-mədəniyyət hərəkatının ruhunu özündə əks etdirən ən orijinal səslərdən biri kimi xatırlanır.


1922-ci ildə İndianada doğulan Kurt Vonnequt gələcək həyat yoldaşı Ceyn ilə hələ uşaq bağçasında tanış olmuşdu. Onlar lisey illərində sevgili oldular, lakin yazıçı Kornell Universitetinə daxil olduqdan sonra münasibətləri sona çatdı.
Vonnequt daha sonra təhsilini yarımçıq qoyub İkinci Dünya müharibəsində döyüşməyə getdi və Almaniyada əsir düşdü. ABŞ-a qayıtdıqdan sonra 1945-ci ildə Ceyn ilə evləndi.

Cütlüyün altı övladı vardı — üçü doğma, üçü isə övladlığa götürülmüşdü. Onlar 1971-ci ildə boşandılar.

Vonnequtun ailəsi onun uşaqlıq illərində varlı və xoşbəxt idi. Atası memar, anası isə varlı ailədən idi.

Lakin Böyük Depressiya dövründə ailə bütün sərvətini itirdi, evlərini satmaq və Kurtu özəl məktəbdən dövlət məktəbinə keçirmək məcburiyyətində qaldılar.

Bu çətinliklər Edith Vonnequtun psixoloji durumuna təsir etdi – o, alkoqol və antidepressant asılılığına düçar oldu.
Analar Günündə hərbi təlimdən evə qayıdan Kurt anasını evdə ölü tapdı. Edit çoxlu yuxu dərmanı qəbul edərək intihar etmişdi.

Cəmi 21 yaşında olan gənc Kurt bu faciədən sonra Almaniyada döyüşə yollandı.

Sonralar “The Paris Review” jurnalına verdiyi müsahibədə belə demişdi: “Anam çox ağıllı, savadlı və istedadlı idi. Kaş yaşasaydı və mənim yazıçı olduğumu görəydi. Nəvələrini qucaqlaya biləydi.”

Kornelldə dərslərində uğur qazana bilməyən Vonnequt orduda xidmət etməyə qərar verdi. 1944-cü ildə Almaniyada baş verən döyüşlərdən birində əsir düşdü və fabrikdə məcburi işlədildi.

Gecələr isə yerin altında – bir sallaqxananın zirzəmisində saxlanılırdı. 1945-ci ildə azadlığa çıxmağı bacardı.

Bu acı təcrübə onun ən məşhur əsərlərindən biri olan “Sallaqxan №5” romanının (1969) əsasını təşkil etdi. Müharibə və insan ağrısı haqqında bu sarkastik hekayə böyük uğur qazandı.

Yazıçı bu uğuru belə şərh etmişdi: “Orada ölən hər bir insan üçün üç dollar qazandım”.

1947-ci ildə Vonnequt elektrik idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsində işləməyə başladı – bu təcrübə sonradan “Pişik üçün nənni" romanına ilham verdi.

Eyni zamanda "Collier’s" və "The Saturday Evening Post" jurnalları üçün esselər və hekayələr yazırdı. Hətta bir müddət idman jurnalı üçün yazılar yazdı və ingilis dili müəllimi kimi çalışdı.

1950-ci illərin sonlarında bacısı Elis xərçəngdən dünyasını dəyişdi. Qısa müddət sonra onun həyat yoldaşı da qatar qəzasında öldü.

Artıq özünün üç uşağı olan Vonnequt bacısının üç oğlunu da övladlığa götürdü. Beləcə, altı uşaqlı ailə atasına çevrildi və onları dolandırmaq üçün daha çox yazmağa başladı.

"Sallaqxana №5” romanının uğuruna baxmayaraq, Vonnequt 1970-ci illərdə ağır depressiya ilə mübarizə aparırdı. 1971-ci ildə boşandıqdan sonra tənha şəkildə Nyu-Yorkda yaşadı. Yazı prosesi çətinləşmiş, oğlu isə psixozdan əziyyət çəkməyə başlamışdı.

1979-cu ildə ikinci dəfə evləndi və bir qız uşağını övladlığa götürdü. Lakin depressiyası dərinləşdi və 1984-cü ildə yuxu dərmanları və alkoqol qəbul edərək intihar etməyə cəhd göstərdi.

Yazıçı yeniyetməlik illərindən siqaret çəkirdi və demək olar, bütün ömrü boyu bu vərdişindən qurtula bilmədi. İki dəfə tərgitməyə cəhd etsə də, uğur qazanmadı. Çəki artımı və narahatlıq səbəbilə yenidən siqaret çəkməyə başladı.

2007-ci ildə 84 yaşında vəfat edən yazıçının fikirləri hələ də sosial mediada yaşayır. Ona həsr olunmuş @Kurt_Vonnegut adlı Twitter səhifəsinin 215 mindən çox izləyicisi var. Orada onun ruhunu əks etdirən paylaşımlardan bəziləri belədir:

“Oyanın, axmaqlar! Pulun bu qədər dəyərli olduğunu düşünməyinizin səbəbi nədir?” “İnsan olmaq nə qədər utancverici. Dünyanı xilas edə bilərdik, amma bunu edə bilməyəcək qədər acizik”.

Kurt Vonnequt müharibənin, faciənin və insan təbiətinin absurdluğunu gülüş və istehza ilə izah edə bilən görkəmli yazıçılardandır.

"Göz yaşlarını onun gəlişinə saxlamışdı..." - Bayramların ən gözəli: ZƏFƏR Amma şəkilləri olmur qucaqlamaq... - Günün mahnısı Sənət dünyasını silkələyən məşhur muzey soyğunları
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Noyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see276

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see272

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see247

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see236

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see213

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see202

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see179

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see178

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see160

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see157

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see152

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see141

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see139

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see138

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see136

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see132

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri