Icma.az
close
up
RU
Salxab Məmmədov: Əcəmi Naxçıvaninin abidəsi 8 9 aylıq əməyin nəticəsidir

Salxab Məmmədov: Əcəmi Naxçıvaninin abidəsi 8 9 aylıq əməyin nəticəsidir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 avqust, AZƏRTAC

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi həm bədii, həm də memarlıq baxımından ərazinin diqqətçəkən elementlərindən biridir və müxtəlif istiqamətlərdən aydın şəkildə görünür. Heykəl əvvəlcə gildən hazırlanıb, daha sonra gips formasına keçirilib və son mərhələdə bürüncə tökülüb. Abidənin aşağı hissəsi bütöv qranitdən hazırlanıb. Ətraf ərazi isə keramika döşəmə və mərmərlə işlənib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov söyləyib.

Xalq rəssamı diqqətə çatdırıb ki, heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Hündürlüyü 270, postamentin hündürlüyü 90 santimetrdir.

Abidənin hazırlanma mərhələləri barədə məlumat verən S.Məmmədov deyib: “Xalq rəssamı Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədovla birgə heykəl üzərində 8–9 ay ərzində iş apardıq. Prosesə noyabrda başlanılıb və təxminən bir ay əvvəl tamamlanıb.

Ulu Öndər Heydər Əliyev hər zaman mədəniyyətə və incəsənətə, sənət adamlarının əməyinə yüksək dəyər verib. Bu diqqət və qayğı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il imzaladığı müvafiq Sərəncama əsasən müəyyən olunan tapşırıqlar artıq yerinə yetirilib. Bu gün Azərbaycanda incəsənətin inkişafı, tarixi-mədəni irsin qorunması və görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülür”.

Müxbir – Fidan Əlizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri