Salyanda avtomobil 10 yaşlı uşağı vurub
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Salyanda 10 yaşlı uşağı avtomobil vurub.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Noxudlu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2014-cü il təvəllüdlü H.N. velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Xəstəxanada ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan paytaxt Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.

