Salyanda “Dənizə çatmayan çaylardan Yaşıl simfoniyaya” filmi nümayiş olunub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Salyan, 2 noyabr, AZƏRTAC
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və "Ana Kür" ədəbi məclisinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist Zabil Pərvizlə "Yaşıl simfoniya" adlı görüş keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə ədəbiyyat adamları, sənətçilər və poeziyasevərlər iştirak ediblər.
Əvvəlcə rejissor Kürçaylı Artın “Dənizə çatmayan çaylardan Yaşıl simfoniyaya” adlı filmi nümayiş etdirilib. Film şair Zabil Pərvizin həyat və yaradıcılığına həsr olunub.
Çıxış edənlər şair haqqında səmimi fikirlərini dilə gətiriblər. Qeyd olunub ki, şair Zabil Pərviz Neftçala rayonunun Qaçaqkənd kəndində doğulub. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil alıb və müxtəlif illərdə müəllim kimi çalışsa da ən çox jurnalist kimi fəaliyyət göstərib və tanınıb. Azərbaycan ədəbiyyatında öz üslubu, dəsti-xəti ilə seçilib. Ərəb, fars dillərini mükəmməl bilən şair-publisist Zabil Pərviz həm də Nəsimi, Füzuli, Nizami, Xaqani kimi böyük klassiklərin ədəbi irsini araşdırmaqla məşğul olub. Onun şeirlərində vətənə, elə bağlılıq ön plandadır. Şairin bədii təxəyyülündən süzülüb gələn incilər bu gün də dillər əzbəridir.
Vurğulanıb ki, şair Zabil Pərvizin “Yarı qönçə, yarı gül” və “Yaşıl simfoniya” adlı kitabları çapdan çıxıb. Onun şeirləri bu gün də respublikanın aparıcı qəzet və jurnallarında çap olunur, eləcə şeirləri televiziya və radioda səsləndirilir, sözlərinə mahnılar bəstələnir.
Görüşdə bədii qiraətçilər şairin poeziyasından nümunələr söyləyiblər.
Sonda şair-publisist Zabil Pərviz və oğlu Kürçaylı Məmmədov çıxış edərək tədbir təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Müxbir-Aydın Yavərzadə
Baxış sayı:38
Bu xəbər 02 Noyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















