Salyanda minik və yük avtomobilləri TOQQUŞDU
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı minik avtomobili "Mercedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olanlar - Salyan rayon sakinləri - 1986-cı il təvəllüdlü Zaur Elxan oğlu Ramazanov, 1981-ci il təvəllüdlü Zamin Hilal oğlu Həsənov və 1984-cü il təvəllüdlü Pərvin Siyasət oğlu İslamov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Ağdamda minik və yük avtomobilləri toqquşdu
07 İyul 2026 19:52
Salyanda yük maşınları toqquşdu Sürücü maşında sıxıldı
13 Avqust 2026 00:44
Yük və minik avtomobilləri toqquşdu Yaralılar… KONKRET
17 Sentyabr 2025 00:33
Minik və yük avtomobilləri toqquşdu: sürücü öldü
24 Avqust 2026 22:54
Gəncədə minik avtomobilləri toqquşdu
03 Mart 2026 18:00
Baxış sayı:205
Bu xəbər 24 Mart 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















