Salyanda ötən illə müqayisədə meyvə və giləmeyvə istehsalı artıb
Salyanda bu il meyvə və giləmeyvə bağlarından 5 216,0 ton məhsul yığılıb.
Bu barədə “Report”un Aran bürosuna Salyan Rayon Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 238,5 ton çox olub.
Yığılan məhsulun 545,0 tonunu xurma, 3 392,3 tonunu nar, 71,1 tonunu alma, 43,1 tonunu armud, 461,7 tonunu heyva, 59,3 tonunu ərik, 38,4 tonunu albalı, 47,5 tonunu şaftalı, 90,4 tonunu gavalı, 109,4 tonunu alça, 18,5 tonunu gilas, 0,7 tonunu fındıq, 46,0 tonunu zeytun, 31,2 tonunu digər meyvələr təşkil edir.
Həmçinin məhsul istehsalçıları 261,4 ton giləmeyvə toplayıblar.
Qeyd edək ki, rayonda 924,5 hektar sahədə meyvə və giləmeyvə bağları salınıb.
Baxış sayı:15
Mənbə:https://report.az
0ton məhsul
0tonunu xurma
0tonunu zeytun
109 4tonunu
18 5tonunu
1tonunu alma
1tonunu armud
216 0ton
2tonunu digər
31 2tonunu
38 4tonunu
392 3tonunu
3tonunu nar
3tonunu ərik
461 7tonunu
47 5tonunu
4ton giləmeyvə
4tonunu albalı