Icma.az
close
up
RU
Şamaxı da son iki oyunum qalıb Ayxan Abbasov

Şamaxı da son iki oyunum qalıb Ayxan Abbasov

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Şamaxı"da son iki oyunum qalıb" - Ayxan Abbasov

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 31-ci turunda "Neftçi"yə məğlub olduqları matç (0:3) haqda danışıb.

QOL.az xəbər verir ki, baş məşqçi rəqibi layiqli qələbə münasibətilə təbrik edərək ötən matçda ağır zədə alan David Santosun yoxluğunun komandada ruh düşkünlüyü yaratdığını bildirib:

"Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar. Bilirdik ki, bu, onlar üçün final oyunu idi. Keçən matçda David Santosun ağır zədələnməsi komandada istər-istəməz ruh düşkünlüyü yaratdı. Ona Allahdan şəfa diləyirəm. Çempionatın elə bir mərhələsindəyik ki, bəzi klublar üçün son matçlar artıq formal xarakter daşıyır. Buna baxmayaraq, qarşıda "Turan Tovuz"la son ev oyunumuz var və həmin matça hazırlaşacağıq. Bu gün də bəzi yeni oyunçulara meydanda şans verdik".

Mütəxəssis ardıcıl iki çətin oyunda qol vura bilməmələri və qapılarında 6 top görmələri ilə bağlı sualı cavablandırarkən komandadakı yorğunluğa və təqvimin ağırlığına diqqət çəkib:

"Düzdür, iki oyuna 6 top buraxdıq. Halbuki, bundan əvvəl az qol buraxdığımıza görə 4-cü və ya 5-ci yerdə idik. Təqvimimiz kifayət qədər ağır idi. Avrokuboklara və çempionluğa oynayan iddialı rəqiblərlə qarşılaşdıq. Bu matçlardan əvvəl çempionatdakı vəziyyətimiz aydın idi. Futbolçularımız yorulublar, mövsüm gərgin keçdi, zədələrimiz oldu. Görünür ki, oyunçular artıq tətili gözləyirlər və bunu da hardasa normal qarşılamaq olar. Bu gün "Neftçi" də çox motivasiyalı idi. Amma bütün bunlara rəğmən, klub olaraq futbolçulardan razıyıq, onlar bu ağır yolda canlarını qoydular. Bizi dəstəkləməyə gələn azarkeşlərimizi sevindirmək istəyirdik, lakin təəssüf ki, alınmadı".

Mətbuat konfransının sonunda Ayxan Abbasov "Şamaxı"dakı gələcəyi ilə bağlı yayılan iddialara aydınlıq gətirərək mövsümün sonunda komandanı tərk edəcəyini təsdiqləyib:

"Qışdan bəri yayda vəziyyətin necə olacağı ilə bağlı bəzi fikirlər və söhbətlər var idi. Klub rəhbərliyi ilə danışmışıq, vəziyyəti təhlil etmişik və onlar mənim qərarımı bilirlər. "Şamaxı"da cəmi 2 oyunum qalıb və çox istəyərdim ki, bu matçlardan xal qazanaraq komandadan ayrılaq. "Şəfa"nı çalışdıracağım barədə isə söhbət olmayıb. Yəqin ki, bir yerə köklənəcəyik. Millidə bizi ağır yol gözləyir. Tam olaraq o oyunlara hazırlaşacağıq. Klublardan hələ təklif olmayıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 May 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri