Şamaxı dan yeni baş məşqçiylə bağlı açıqlama ən qısa müddətdə...
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Millinin də baş məşqçisi olan Ayxan Abbasovla yollarını ayıran "Şamaxı"nın "sükanı" hələ boşdu. Bir neçə mütəxəssisin adı "şirlər"lə hallansa da, hələ təyinat reallaşmayıb.
Bəs, bu məsələyə nə vaxt aydınlıq gələcək? Bölgə təmsilçisinin konkret namizədləri varmı? Bu sırada əcnəbilər də yer alırmı?
Sualları "Şamaxı"nın baş meneceri Kamran İsmayılova ünvanladıq. Onun "Football-plus.az"a cavabı:
"Sözsüz, hazırda prioritet məsələ baş məşqçiylə bağlıdı. Namizədlərlə danışıqlar davam edir. İnşallah, müqavilə imzalanandan sonra rəsmi açıqlama veriləcək. Namizədlər arasında əcnəbilərin olub-olmadığını deyə bilmərəm. Bizə maddi imkanlarımıza uyğun, bizlə həmfikir olan, komandanın qarşısına qoyulacaq məqsədə çata biləcək baş məşqçi lazımdı. Hansı ölkənin vətəndaşı olmasının fərqi yoxdu. Bu məsələni ən qısa müddətdə həll etməyə çalışırıq".
KƏNAN BAHADIR
Baxış sayı:82
Bu xəbər 02 İyun 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















