Icma.az
close
up
RU
Şamaxının Çabanı Əngərxan yolunda torpaq sürüşməsi qeydə alınıb yaxın günlərdə bərpa işlərinə başlanılacaq

Şamaxının Çabanı Əngərxan yolunda torpaq sürüşməsi qeydə alınıb yaxın günlərdə bərpa işlərinə başlanılacaq

Icma.az bildirir, Azertag portalına istinadən.

Şamaxı, 23 aprel, R.Türkoğlu, AZƏRTAC

Şamaxı rayonunda torpaq sürüşməsi qeydə alınıb. Sürüşmə Çabanı–Əngərxan avtomobil yolunun 11-ci kilometrliyində baş verib. Hadisə nəticəsində yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaq sürüşməsi yolun təqribən 30 metrlik hissəsini sıradan çıxarıb, yarğan əmələ gəlib.

Yerli sakinlərin sözlərinə görə, sürüşmə hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan intensiv yağıntılar bu prosesi daha da sürətləndirib.

Əraziyə baxış keçirən yol idarəsinin əməkdaşları təhlükəli sahəni xüsusi xəbərdarlıq nişanları və lentlərlə işarələyiblər. Sürücülərə maksimum ehtiyatlı olmaları, mümkün olduqda isə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin sahə rəisi Şahin Rəcəbov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, sürüşmə ilə bağlı idarənin əməkdaşları əraziyə baxış keçiriblər. “Hazırda təhlükəli ərazilər lentlə işarələnib. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilib. Yaxın günlərdə həmin ərazidə bərpa işlərinə başlanılması planlaşdırılır”, – deyə o qeyd edib.

Şamaxı torpaq sürüşmələrinin tez-tez baş verdiyi seysmik aktiv zonada yerləşir. Hazırda ərazidə müvafiq qurumlar tərəfindən monitorinq işləri aparılır və vəziyyət nəzarətdə saxlanılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2054

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see233

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri