“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Dünən paytaxtın Yasamal rayonu ərazisində - “Şamaxinka” adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib.
“Qafqazinfo” xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalkı motosikletləri ilə müşayiət ediblər.
Qeyd edək ki, qəza dünən saat 10 radələrində Yasamal rayonu Moskva prospekti 45 ünvanında tunelin girişində baş verib. Q.Qaçayev idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən Ağaverdiyev Asif Əliheydər oğlunun idarə etdiyi “Dayun DY-156-ES” markalı motosikletlə toqquşub. Kuryer fəaliyyəti göstərən motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakta görə Yasamal RPİ-də cinayət işi başlanıb.
Dəfndən görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Noyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















