Icma.az
close
up
RU
Sambu Banişevskinin formasına layiq ola biləcəkmi? YAZI

Sambu Banişevskinin formasına layiq ola biləcəkmi? YAZI

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

İndi futbol ictimaiyyətini, xüsusilə "Neftçi" azarkeşlərini düşündürən məqam budu: deyəsən, "Neftçi" qayıdır!

Təbii ki, hələ "ağ-qaralar"ın bütün problemləri aradan qalxmayıb. Bu üzdən tərəfdarlar sidqi-ürəkdən sevinə bilmir. Mövcud durum gələcəklə bağlı yalnız ümid verir. "Neftçi"nin ölkə futbolundakı çəkisini nəzərə alsaq, heyətə cəlb edilən oyunçular haqda daha detallı məlumata ehtiyac var. Bu baxımdan diqqəti çəkən növbəti transfer Bassala Sambudu. Bəli-bəli, söhbət "Neftçi"nin yeni oyunçusundan gedir. Seneqal əsilli ingiltərəli hücumçunun son klubu Cənubi Kipr "Paralimni"si olub. 9 nömrəli formanı geyəcək 27 yaşlı futbolçuyla ilyarımlıq müqavilə bağlanıb. Təbii ki, hansısa futbolçu vaxtilə əfsanəvi Anatoli Banişevskinin daşıdığı formanı geyəcəksə, buna uyğun davranmalı, həmin köynəyi qol sevinclərinin axıtdığı tərlə islatmalıdı. Başqa cür ola bilməz. Bəs, Sambu bunu bacara biləcəkmi?
Maraq üçün qeyd edək ki, karyerasına İngiltərədə başlayan Sambu "Koventri"nin yetirməsidi. O, 2017 və 2019-cu illərdə "Everton"la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə premyer-liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı "Randers"lə Danimarka kubokunu qazanıb. O, bu mövsüm 21 matça çıxaraq 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Mərkəz hücumçusu kimi effektiv çıxışla diqqəti çəkən oyunçu sağ və sol cinahlarda da fərqlənmək qabiliyyətinə malikdi. "Transfermarkt"a görə, Sambunun qiyməti 175 min avrodu. Elə bu statistika portalı "Neftçi"nin transferi reallaşdırmaq üçün "Paralimni"yə 100 min avro təzminat ödədiyini qeyd edib. Bu məlumatı Cənubi Kipr mətbuatı da təsdiqləyib. Sambunun ən yüksək bazar dəyəri 2021-ci ildə qeydə alınıb. Həmin dövrdə "Fortuna Sittard"da (Niderland) top qovan futbolçunun qiyməti 300 min avroya çatıb. Hücumçu indiyə qədər "Oldhem" və "Aleksandra"nın da (hər ikisi İngiltərə) formasını geyib.
Deməli, paytaxt təmsilçisinin işıqlı günlərə qədəm qoymaq ehtimalı böyükdü. Təbii ki, Sambu başda olmaqla yeni simalar özünü yaxşı tərəfdən göstərə bilsə...
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Fevral 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri