Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

“Qarabağ”dan Banişevskinin anım günündə gözləntimiz

“Qarabağ”dan Banişevskinin anım günündə gözləntimiz

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan çempionu UEFA Çempionlar Liqasının Liqa turnirində bu gün daha bir hünər göstərməyə hazırlaşır. Avropa klub futbolunun ən mötəbər yarışında 6-cı turun görüşü “Qarabağ” tarixində ən mühüm oyun və ya ilin matçıdır. Niderlandın “Ayaks” komandası ilə qarşılaşmada qələbə Qurban Qurbanovun fədakar mübarizə əzmi və ürəkaçan nəticələri ilə beynəlxalq futbol dairələrində də qəlbləri fəth etmiş komandasını turnir cədvəlində ilk onluğa yaxınlaşdıra bilər..

Əgər hər şey bizim düşündüyümüz və arzuladığımız kimi olsa, hazırda cədvəldə 7 xalla "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) kimi nəhəng klublarla 18-20-ci pillələrdə yanaşı addımlayan "Qarabağ" xal ehtiyatını 10-a çatdırmaqla, bəlkə də, finişə hələ 2 tur qalmış əsas mərhələdə əsas məsələni həll etmiş olacaq.

Amsterdam təmsilçisi ilə görüş saat 21:45-ə təyin edilib. Oyuna maraq və onun bizim üçün əhəmiyyəti son dərəcə böyükdür. Demək olar, bütün biletlər satışa çıxarıldığı elə ilk günlərdə xoşbəxt sahiblərini tapıb. "Tofiq Bəhramov" stadionunun tribunalarından mübarizənin gedişini izləyəcək on minlərlə tamaşaçı arasında niderlandlı qonaqlarımız da az olmayacaq. UEFA bu il beynəlxalq meydanda "Qarabağ"ın son oyununda ədaləti qorumağı isə Sloveniya Futbol Federasiyasının nümayəndələrinə həvalə edib. Baş hakim rolunda iş başında Rade Obrenoviçi görəcəyik. Görək o, nə ilə yadda qalacaq.

"Qarabağ"dan fərqli, "Ayaks"ın turnir vəziyyəti, demək olar, ümidsizdir. Əfsanəvi Yohan Kroyfun davamçıları ilk 5 oyunda bütün rəqiblərinə uduzub, xal qazanmayan yeganə komandadır. Elə buna görə də pley-offa 24 "bilet" uğrunda mübarizə aparan 36 kollektivin rəqabətində sıfır xalla sonuncu yerdə olan Amsterdam klubu qalan üç turda çempionlar meydanının qapısını bərk çırpmaq üçün əlindən gələni edəcək. Bir sözlə, komandamızı qələbəyə həsrət qalan rəqiblə çox çətin görüş gözləyir.

Bunu yaxşı dərk edən Ağdam komandası, "Ayaks"ın turnir vəziyyəti nə qədər qibtəedilməz olsa da, güclü futbol ənənələri ilə tanınan "Zanbaqlar ölkəsi"nin zəngin təcrübəli klubu ilə görüşü tam hazırlıqla qarşılamağa çalışıb. Başqa cür ola da bilməz. Hətta ən zəif komandaya belə, yuxarıdan aşağı baxsan, peşman olarsan.

İki həftə əvvəl "Qarabağ" Neapolda meydanı məğlubiyyətlə tərk etsə də, bütün komandanın, xüsusən də parlaq oyun nümayiş etdirən qapıçımız Mateuş Koxalski və müdafiəçi Kevin Medinanın fədakarlığı bu gün də mütəxəssislərin və dünya mətbuatının diqqət mərkəzindədir. Şübhəsiz, onlar axşamkı görüşdə də dostları ilə birlikdə "Qarabağ"ın şərəfini layiqincə qorumağa çalışacaqlar. Ümid edək ki, məqsədlərinə çatacaq və komanda finişə yaxınlaşmaqda olan 2025-ci ildə Çempionlar Liqasında son oyundan qalib ayrılıb, yeni ili 10 xalla qarşılayacaq. Yeni ildə Liqa mərhələsində son iki oyunumuzun qışın oğlan çağında olacağını da xatırlatmaq yerinə düşər. Ölkə çempionumuz yanvarın 21-də Bakıda "Ayntraxt"ı (Frankfurt, Almaniya) qəbul edəcək,bundan bir həftə sonra isə İngiltərənin Liverpul şəhərində eyniadlı yerli klubun qonağı olacaq.

Bu gün, dekabrın 10-da futboldan danışarkən Anatoli Banişevskini xatırlamamaq olmaz. Eyni bir ildə (1966) İngiltərədə SSRİ yığma komandası heyətində dünya çempionatının, ölkəmizdə isə "Neftçi"nin tərkibində Sovet İttifaqı birinciliyinin bürünc medalçısı, Azərbaycan futbolunun "Şöhrət" ordenli əfsanəsi həyatla 1997-ci il dekabrın 10-da vidalaşıb. Əlli-altmış il əvvəl hər dəfə 30-40 min tamaşaçının gözü qarşısında Banişevskinin heyrətamiz oyun nümayiş etdirib, böyük rəğbət, ümumxalq məhəbbəti qazandığı stadionda bu gün onun hələ çox gənc və istedadlı davamçıları Bəhlul, Elvin, Toral, Nəriman, Musa meydana çıxır, Avropa klub futbolunun bəzəyi sayılan Çempionlar Liqası görüşlərində təcrübə toplayır, qol vurur, qələbə və alqış qazanırlar.

Noyabrın 25-də İtaliyanın Neapol şəhərində dünya futbolunun argentinalı əfsanəsi Maradonanın adını daşıyan stadionda "Napoli"–"Qarabağ" görüşünün keçirildiyi gün Maradonanın vəfatının 5-ci ildönümü tamam olurdu. İtaliya klubu da qələbəsini ona həsr etdiyini bildirdi. Bu gün isə 28 il əvvəl itirdiyimiz, xatirələrdə Azərbaycan idmanının yetirdiyi ən görkəmli şəxsiyyətlərdən biri kimi yaşayan Banişevskinin anım günüdür. Bu axşam "Qarabağ"ın qələbəsinə həmişəkindən də çox ehtiyacımız var. Komandamızın indiki turnir mövqeyini bir qədər də möhkəmləndirməsi elə həmin meydanda Azərbaycanı neçə-neçə qolla sevindirmiş unudulmaz mərkəz hücumçusunun da ruhunu şad edər...

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri