Arif Əsədov: “Vikinq” “Sabah”ın dişinə görə rəqibdir”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Sabah” bu rəqibi üstələyə bilər. “Vikinq” komandamızın dişinə görə bir rəqibdir. Evdə “Slaviya”ya qalib gəldiyimiz kimi, səfərdə də Norveç təmsilçisinə qarşı bunu edə bilərik”.
Bu sözləri Azərbaycan millisinin və “Sabah”ın sabiq çalışdırıcısı Arif Əsədov UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda keçiriləcək “Vikinq” - “Sabah” oyunu barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis Bakı təmsilçisinin səfər matçındakı şanslarını dəyərləndirib, komandanın beynəlxalq təcrübəsini və qarşılaşacaqları çətinlikləri diqqətə çatdırıb.
“Qarşılaşma heç də asan olmayacaq. Uzun səfər, hava şəraiti və ən əsası, meydanın süni örtüklə olması komandamız üçün müəyyən çətinliklər yarada bilər. “Sabah” “Borussiya Dortmund”la matçdan sonra da göstərdi ki, artıq Çempionlar Liqasında təcrübə qazanıb və özünə güvənən komandadır. Düşünürəm ki, komandamız səfərdən ən azı bir xalla qayıdacaq. “Sabah”a uğurlar arzulayıram”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, noyabrın 4-də Stavangerdəki “Lyse Arena”da keçiriləcək “Vikinq” - “Sabah” görüşü Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 03 Noyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















