Icma.az
close
up
RU
Samir Şərifov Düşənbədə buzlaqların qorunması ilə bağlı konfransda iştirak edir

Samir Şərifov Düşənbədə buzlaqların qorunması ilə bağlı konfransda iştirak edir

Icma.az bildirir, Apa.az portalına istinadən.

Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində işini başlayan və 41 ölkənin və 57 beynəlxalq təşkilatın təmsil olunduğu ilk “Buzlaqların qorunması” üzrə Yüksək səviyyəli Beynəlxalq Konfransda Azərbaycanın nümayəndə heyəti iştirak edir.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xarici İşlər Nazirliyinin rəsmiləri təmsil olunurlar.

Tədbir, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının 2025-ci ili “Beynəlxalq Buzlaqların Qorunması İli” elan etməsi çərçivəsində keçirilir və qlobal iqlim dəyişikliyi ilə mübarizə şəraitində buzlaqların mühüm roluna diqqət çəkir.

30 may tarixində konfransın plenar iclasında çıxış edən Samir Şərifov, 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi altında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın uğurlu ev sahibliyi ilə uzun illər ərzində razılaşdırılmamış məsələlərdə mühüm irəliləyişlərin əldə olunduğunu, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişiklikləri ilə mübarizəsi üçün ildə 300 milyard ABŞ dollarına qədər iqlim maliyyələşməsinin ayrılmasını, İtki və Zərər Fondunun yaradılmasını və karbon kreditləri ilə ticarəti tənzimləyən hüquqi çərçivənin razılaşdırılmasını xüsusilə vurğulayıb.

Baş nazirin müavini çıxışında buzlaqların mühafizəsinin yalnız regional deyil, eyni zamanda qlobal əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, buzlaqların sürətlə əriməsinin insanların gündəlik həyatı, ictimai səhiyyə, su və ərzaq təhlükəsizliyi, ekosistemlərin dayanıqlılığı, eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə göstərdiyi mənfi təsirləri baxımından ciddi təhdid yaratdığını vurğulayıb. S.Şərifov Azərbaycanın da buzlaq ehtiyatlarına malik ölkə kimi bu məsələyə xüsusi həssaslıqla yanaşdığını qeyd edib.

Baş nazirin müavini buzlaqların qorunmasını qlobal iqlim dəyişikliyi ilə mübarizə proqramının mühüm mitiqasiya istiqamətlərindən biri kimi qiymətləndirib və vurğulayıb ki, qlobal temperaturun artımının Paris İqlim Sazişi çərçivəsində razılaşdırılmış həddi aşmaması buzlaqların qorunması üçün başlıca şərtlərdəndir. O, ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması prioritet istiqamət kimi müəyyən edildiyini, həmçinin ölkəmizin qlobal səylərə fəal və effektiv töhfə verməyə davam etməyə hazır olduğunu ifadə etmişdir. Bu xüsusda konfransda iştirak edən dövlətləri Qlobal İqlim Sazişində nəzərdə tutulmuş milli öhdəliklərini yerinə yetirməyə və iqlim dəyişikliklərinə qarşı qlobal səylərə əməli töhfə verməyə çağırıb.

Konfrans çərçivəsində S.Şərifov Tacikistanın Baş Naziri cənab Koxir Rasulzoda tərəfindən qəbul edilib, Tacikistanın Baş Nazirinin müavini Azərbaycan-Tacikistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri cənab Usmonali Usmonzoda ilə, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi cənab Əsəd Məcid Xan ilə görüşlər keçirmiş və iqlim dəyişikliyi ilə mübarizə habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri