Sammitin gündəliyi ilə bağlı fəal iş aparılır Kreml
Manset saytına istinadən Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçiriləcək sammitin vaxtı və yeri razılaşdırılıb.
Manset.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, hazırda sammitin gündəliyi ilə bağlı fəal iş aparılır.
"Tarixlər razılaşdırılıb, yer razılaşdırılıb", - deyə cənab Peskov mətbuata danışarkən bildirib.
Aprelin 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vanq Yi ilə görüşündən sonra may ayında Rusiya-Çin sammitinin keçiriləcəyini elan edib. Çinli nazir ölkələr arasında əməkdaşlığın üç əsas vəzifəsi sırasına “ikitərəfli münasibətlər üçün möhkəm maddi zəmin yaradılması”, “ortaq rifah imkanlarının artırılması” və “qlobal inkişafa daha böyük təkan” verilməsini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 Aprel 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















