Samsung Azərbaycanın mobil cihaz bazarındakı payını azaldıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən ay Azərbaycanın mobil cihaz bazarında ən böyük pay sahibi "Apple" şirkəti olub.
"APA-Economics" bu barədə “StatCounter”a istinadən xəbər verir.
Belə ki, şirkətin ölkədəki bazar payı 26,1% təşkil edib. Ötən ay "Apple" bazar payını mart ayı ilə müqayisədə 2,2 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,25 faiz bəndi artırıb.
Azərbaycanda mobil cihaz bazarında "Samsung" şirkətinin payı 21,73% olub. Bu isə aylıq müqayisədə 1,46 faiz bəndi, illik müqayisədə 5,95 faiz bəndi azdır.
Ay ərzində "Xiaomi"nin bazar payı mart ayı ilə müqayisədə 0,45 faiz bəndi artıb, illik isə 4,54 faiz bəndi azalıb. Bununla da şirkət bazarda 18,75% pay sahibi olub.
Apreldə "Honor" şirkətinin bazar payı aylıq 0,51 faiz bəndi, illik 0,25 faiz bəndi artaraq 5,19% təşkil edib.
Ötən ay "Huawei" şirkətinin bazar payı 1,13% olub ki, bu da aylıq 0,03 faiz bəndi, illik 0,43 faiz bəndi azdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 01 May 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















