Icma.az
close
up
RU
Samu Yusufun bu açıqlaması Cənubi Azərbaycanı AYAĞA QALDIRDI: İran necə REAKSİYA VERƏCƏK? KONKRET

Samu Yusufun bu açıqlaması Cənubi Azərbaycanı AYAĞA QALDIRDI: İran necə REAKSİYA VERƏCƏK? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Məşhur musiqiçi Sami Yusufun “azərbaycanlıyam” deməsi gündəmdə rezonans doğurub. Maraqlıdır, bu açıqlama İranı narahat edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sabiq deputat, siyasi təhlilçi Elşad Mirbəşiroğlu bildirib ki, Sami Yusuf uzun illərdir azərbaycanlı olduğunu fəxrlə dilə gətirir:

“Onun musiqiləri həm azərbaycanlıların, həm də müsəlman dünyasının qəlbində yaşayır. Sami Yusuf müsəlman mədəniyyətinin daşıyıcısıdır və bizim soydaşımız olması qürurvericidir. O, hər zaman Azərbaycanlı və türk olduğunu vurğulayıb. Bu, yeni fikir deyil, lakin hər dəfə səsləndirməsi böyük əhəmiyyət daşıyır”.

Mirbəşiroğlu hesab edir ki, bu açıqlama xüsusilə, Cənubi Azərbaycandakı soydaşlarımız üçün önəmlidir:

“İranda 40 milyona qədər azərbaycanlı yaşayır. Sami Yusuf kimi tanınmış və ictimai rəyə təsir gücünə malik bir şəxsin Azərbaycanlı olduğunu dilə gətirməsi, oradakı soydaşlarımızın öz milli kimliklərinə və mədəniyyətlərinə daha sıx bağlanmasına əlavə stimul verəcək. Bu, həm də onların milli dəyərlərinə sadiqliyinin bir nümayişidir”.

Sabiq deputat əlavə edib ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında Cənubi Azərbaycanın xüsusi yeri var:

“Soydaşlarımızın öz kimliyini qoruması və tanıtması qürurverici haldır. Sami Yusufun bu bəyanatı da onların milli varlıqlarına bağlılığını gücləndirən mühüm addımdır”.

Beləliklə, Sami Yusufun “Azərbaycanlıyam” açıqlaması sadəcə şəxsi etiraf deyil, həm də Cənubi Azərbaycanda milli kimlik məsələsinə diqqəti artıran bir mesaj kimi dəyərləndirilir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Avqust 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see344

“İnsanyuyan” satışa çıxarıldı Fotolar

29 Noyabr 2025 08:07see183

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see172

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see167

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see166

Göygöldə “BMW” alışıb yandı Fotolar+Video

29 Noyabr 2025 07:20see156

Zəngəzur dəhlizi Cənubi Qafqazın güc xəritəsini yenidən cızır TƏHLİL

29 Noyabr 2025 09:09see154

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see150

“Aristokrat” klinikasında QALMAQAL KONKRET

29 Noyabr 2025 09:10see143

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see135

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see134

ABŞ bütün sığınacaq müraciətlərinə baxışı dayandırıb

29 Noyabr 2025 08:22see134

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see133

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Tanınmış türk məşqçi Azərbaycanda işləmək istəyir

29 Noyabr 2025 08:27see132

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see131

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see129

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see129

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see129

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri