Icma.az
close
up
RU
Samuxda səyyar qəbullara maraq artır…

Samuxda səyyar qəbullara maraq artır…

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Samuxda səyyar görüşlər artıq sadəcə rəsmi qəbul xarakteri daşımır. Bu görüşlərin əsas mənası odur ki, rayon rəhbərliyi insanları kabinetdə gözləməkdənsə, onların yaşadığı kəndə gedir, problemi elə yerindəcə dinləyir.

Bu dəfə görüş Alıuşağı kəndində keçirilib. Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev kənd tam orta məktəbinin binasında sakinlərlə görüşüb. Görüşdə rayonun aidiyyəti qurumlarının rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Söhbət zamanı bir daha vurğulanıb ki, vətəndaş müraciətlərinə həssas yanaşmaq, problemləri yerində öyrənmək və imkan daxilində operativ həllinə nail olmaq dövlət idarəçiliyinin əsas tələblərindən biridir. Firdovsi Əliyev də qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu cür səyyar görüşlər rayonun bütün yaşayış məntəqələrində davam etdirilir.

Alıuşağı sakinlərinin qaldırdığı məsələlər isə kənd həyatının gündəlik qayğılarından uzaq deyildi. İçməli su təminatının yaxşılaşdırılması, suvarma, yol və digər məsələlər sakinlərin əsas müraciətləri sırasında olub.

Əsas məqam da elə bundan sonra başlayıb. Qaldırılan məsələlər ümumi sözlərlə keçməyib. Aidiyyəti xidmət sahələrinin rəhbərlərinə yerindəcə tapşırıqlar verilib, problemlərin araşdırılması və mümkün həll yollarının müəyyənləşdirilməsi tələb olunub.

Belə görüşlərin üstünlüyü də budur: kənd sakini problemini müxtəlif idarələrin qapısında ayrı-ayrılıqda danışmaq məcburiyyətində qalmır. Aidiyyəti qurumların rəhbərləri bir yerdə olur, məsələ birbaşa onların iştirakı ilə müzakirə edilir.

Görüşün sonunda sakinlər müraciətlərinə göstərilən diqqətə və kənddə mövcud problemlərin həlli istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Alıuşağındakı görüş bir daha göstərdi ki, səyyar qəbulların əhəmiyyəti onların sayında deyil, nəticəsindədir. İnsan danışırsa, onun sözünün ardınca konkret iş də gəlməlidir. Belə olanda bu görüşlər həm dövlət qurumları ilə vətəndaş arasında ünsiyyəti gücləndirir, həm də illərlə yığılıb qalan xırda və böyük problemlərin daha tez həllinə yol açır.

Hamlet Qasımov,

XQ-nin Gəncəbasar müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri