Icma.az
close
up
RU
Samuxda YAP ın 33 iliyi qeyd edildi FOTO

Samuxda YAP ın 33 iliyi qeyd edildi FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Samuxda  Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü il dönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası müstəqilliyimizin dönməzliyinin təminatçısıdır” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov,RİH-nin əməkdaşları idarə, təşkilat və müəssisələrin rəhbərləri, müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən öncə  müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü il dönümünə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-ci il dönümü münasibətilə təbrik edib. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Partiyanın müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın hər tərəfli inkişafına mühüm töhfələr verdiyini söyləyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri, 2020-ci ildə qazandığı şanlı Zəfəri və 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpa olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, qazanılan uğurların əsasında dövlət başçısının milli maraqlara əsaslanan məqsəd yönlü siyasəti və xalq-iqtidar birliyi dayanır.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söz açıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaq görən, müdrik siyasətinin nəticəsidir. Partiyanın bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını vurğulayan Gündüz Bayramov bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını diqqətə çatdırıb.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə və Partiyada ictimai-siyasi fəaliyyətinə görə bir qrup partiya fəalına fəxri fərmanlar, partiyaya yeni üzv qəbul edilmiş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.

Təltiflərdən sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. Tədbirin sonunda Qarayeri qəsəbə Uşaq Musiqi  Məktəbinin təqdimatında bədii hissə təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri