Samuxun kənd təsərrüfatı potensialının genişləndirilməsi istiqamətində tədbirlər görülür
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Samux, 20 noyabr, AZƏRTAC
Samux rayonunun aqrar potensialından daha səmərəli və məqsədyönlü istifadə edilməsi, kənd təsərrüfatının müxtəlif sahələrində mövcud imkanların müəyyənləşdirilməsi, istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması və müasir aqrar texnologiyaların tətbiqinin təşviqi istiqamətində araşdırmalar diqqət mərkəzində saxlanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin rəhbərliyi, Prezident Administrasiyasının sektor müdiri və digər rəsmilər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində rayonda görülən işlərlə yerində tanış olmaq məqsədilə iri fermer təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçiriblər.
Monitorinq zamanı rayonun aqrar potensialından səmərəli istifadə imkanları araşdırılıb, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi vəziyyəti ilə tanışlıq olub, istehsal göstəricilərinin yerində təhlili həyata keçirilib.
Təsərrüfat rəhbərləri və sahə mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb. Rayonun aqrar sektorunun davamlı inkişafının təmin edilməsi, məhsuldarlığın və istehsal həcminin artırılması, eləcə də yerli əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti qurumların məsul şəxslərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Müxbir – Vüsalə Cənnətova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 20 Noyabr 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















