Samuxun Alıuşağı kəndində post quruldu FOTO KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Samux rayonunun Alıuşağı kəndində xüsusi nəzarət postu quraşdırılıb.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, kənddə avtomobillərin hərəkəti tam şəkildə açıqdır. Postda əsasən ərazidən ət və süd məhsullarının çıxarılmasına və daşınmasına nəzarət olunur.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və yerli Baytarlıq İdarəsinin mütəxəssislərinin cəlb olunduğu postda yolla hərəkət edən avtomobillər dezinfeksiya edilir. Bundan əlavə, kənddəki iri təsərrüfatlarda dezinfeksiya baryerləri (dizbaryerlər) yaradılıb.
Qeyd edək ki, avqustun 13-də Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə qarayara infeksiyası əlamətləri ilə 11 nəfər yerləşdirilib. Bu şəxslərin böyük əksəriyyəti Samux rayonunun Alıuşağı kənd sakinləridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 14 Avqust 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















