Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Ermənistanda Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasının səkkiz tərəfdarı saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə vəkil Yura İvanyan "Sputnik Armenia"ya açıqlamasında bildirib.
Məlumata görə, saxlanılan şəxslər Arbat kəndindəndir və İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Vəkilin sözlərinə görə, saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlar hələlik açıqlanmayıb və müdafiə tərəfinə bu barədə rəsmi məlumat verilməyib.
Digər vəkil Tiqran Ayrapetyan isə müvəkkilləri ilə görüşmək üçün komitəyə daxil olmağa icazə verilmədiyini bildirib.
Qeyd olunub ki, seçki kampaniyasının başlanmasından sonra Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Narek Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası ilə əlaqəli şəxslərə qarşı seçici rüşvəti ittihamları ilə bir neçə cinayət işi açıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:217
Bu xəbər 27 May 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















