Sana Ullah Rattor: Pakistan iqlim dəyişikliklərindən ciddi zərər görür
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 18 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumu şəhərlərin dayanıqlı inkişafı və təcrübə mübadiləsi üçün mühüm platformadır.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) Pakistan Gənclər Təşkilatının təmsilçisi Sana Ullah Rattor deyib.
O bildirib ki, forumda iştirak ölkəsini və vətəndaş cəmiyyətini təmsil etmək üçün yaxşı bir imkandır. “Forum şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və urbanizasiya mövzularını müzakirə etmək baxımından əhəmiyyətlidir. Əsas diqqət bərpaolunan enerji, yaşıllıqların artırılması, tullantıların idarə olunması və fəlakətlərin qarşısının alınmasına yönəlməlidir. Pakistan iqlim dəyişikliklərindən ciddi zərər görür və tez-tez daşqınlar kimi dağıdıcı təbii fəlakətlərlə üzləşir. Bu problemlərin həlli dövlət, vətəndaş cəmiyyəti və şəhər sakinlərinin birgə əməkdaşlığı ilə mümkündür”,- deyə Sana Ullah Rattor əlavə edib.
Müxbir - Fidan Əlizadə
Videooperator - İlham Nadirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 18 May 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















