Sandu yenidən prezident seçildiyini açıqlayıb: Demokratiyamızın gücünü göstərdik
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moldovanın hazırkı dövlət başçısı Maya Sandu noyabrın 3-də baş tutmuş prezident seçkilərində qələbə qazandığını açıqlayıb.
Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.
“Moldova, bu gün sən qalibsən. Birgə birliyimizin, demokratiyamızın və ləyaqətli gələcəyə olan sadiqliyimizin gücünü göstərdik”, – o qeyd edib.
Ölkənin həm daxilində, həm də xaricində yaşayan moldovalılara təşəkkürünü bildirən dövlət başçısı vətəndaşların “azadlıq, ümid və mətanətin təcəssümü” olduğunu vurğulayıb.
Xatırladaq ki, Sandu noyabrın 3-də baş tutmuş prezident seçkilərinin ikinci turunda, ilkin nəticələrə görə, inamlı qələbə qazanıb.
Report

Sandu yenidən prezident oldu
24 Dekabr 2024 15:50
Maya Sandu yenidən Moldova Prezidenti
04 Noyabr 2024 18:36
Maya Sandu seçkilərdə yenidən qələbə qazandı
04 Noyabr 2024 18:24
Maya Sandu Brüssel səfərinin təfərrüatlarını açıqlayıb AZƏRTAC
13 Dekabr 2024 04:16
Maya Sandu prezident seçkilərində QALİB GƏLDİ
04 Noyabr 2024 17:51

