Icma.az
close
up
RU
Azərbaycanın neft qaz sənayesi beynəlxalq aləmdə yüksək nüfuza malikdir EKSPERT

Azərbaycanın neft qaz sənayesi beynəlxalq aləmdə yüksək nüfuza malikdir EKSPERT

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 iyun, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC dünya energetikası sahəsində ekspert, beynəlxalq neft iqtisadçısı, Dünya Bankının baş məsləhətçisi və energetika üzrə professor Mamduh Salame ilə müsahibəni təqdim edir.

- Geosiyasi qeyri-sabitlik və enerji keçidi səyləri fonunda dünya neft bazarının cari vəziyyətini necə qiymətləndirirsiniz? OPEC+ təşkilatının neft hasilatının idarə olunması və qiymətlərin sabitləşdirilməsi strategiyası orta müddətli perspektivdə nə dərəcədə effektivdir?

- Hazırda dünya neft bazarında iki qüvvə arasında mübarizə gedir. Bir tərəfdən neftə olan stabil tələb və bazarın möhkəm əsasları var, digər tərəfdən isə ABŞ, Beynəlxalq Enerji Agentliyi (BEA) və neft ticarətçiləri, spekulyantlarla birlikdə Brent markalı neftin qiymətini 40–50-dollar arasında saxlamağa çalışırlar. Bunu ABŞ iqtisadiyyatının maraqlarını qorumaq üçün edirlər. Sadə dillə desək, neftin qiyməti bu səviyyədən yuxarı qalxmır, çünki bəzi bazar iştirakçıları onu süni şəkildə tənzimləyir ki, bu ABŞ üçün əlverişli olsun. Bütün bunlar İranın nüvə fəaliyyəti ilə bağlı onu ətrafında olan gərgin geosiyasi vəziyyət, eləcə də İsrail-HƏMAS müharibəsi fonunda baş verir. OPEC+ təşkilatı gündəlik 411 min barrel olmaqla, könüllü hasilat azaldılmasını üç mərhələdə ləğv etməklə böyük səhv edib. Əksinə, Brent qiymətləri 60 dolların üzərində olduğu vaxtda neft qiymətlərini daha da aşağı salıb. Halbuki, OPEC+ ölkələrinin əksəriyyətinin büdcələrini tarazlaşdırmaq üçün Brent neftinin qiymətinin ən azı 85 dollar olması vacibdir. Bu addımla OPEC+ təşkilatı öz nüfuzunu ciddi şəkildə itirib və üzvlər arasında mövcud olan fikir ayrılıqlarına səbəb olub.

- İqlim dəyişikliklərinə investisiyaların artmasına baxmayaraq qlobal energetika balansında fosil yanacaqların gələcəyini necə görürsünüz?

- Fosil yanacaqlar XXI əsr boyunca və bəlkə də daha uzun müddət dünya iqtisadiyyatının əsasını və onun inkişafının mühüm hərəkətverici qüvvəsini təşkil edəcək. Bu, ondan xəbər verir ki, fosil yanacaqların qlobal ilkin enerji balansındakı payı artıq otuz ildən çoxdur ki, təxminən 81-82 faiz səviyyəsindədir və bu vəziyyət bərpaolunan enerji sektoruna yatırımların artmasına baxmayaraq dəyişməyəcək. Səbəb budur ki, bərpaolunan enerji mənbələri (günəş və külək enerjisi) özləri təkbaşına qlobal elektrik enerjisinə olan tələbi ödəyə bilmirlər. Çünki hava buludlu olduqda onlar fasiləli xarakterə malikdir. Külək olmadıqda külək enerjisi istehsal etmək mümkün deyil. Mövcud texnologiyalar isə hələ yayda toplanan günəş və külək enerjisini qışda istifadə etmək üçün saxlamağa imkan vermir. Bu o deməkdir ki, bərpaolunan enerji mənbələri həmişə elektrik enerjisinin fasiləsiz istehsalını təmin etmək üçün təbii qaz, kömür və nüvə enerjisinin böyük həcmdə istifadəsinə ehtiyac duyacaq.

Bundan əlavə, kömür hələ də dünyada ən ucuz elektrik enerjisi mənbəyidir. Beynəlxalq Enerji Agentliyinin 2030-cu ildə neftə olan tələbin pik həddə çatması barədə proqnozu səhv və əsassızdır. OPEC+, ABŞ-ın iri neft şirkətləri və bazar tendensiyaları sübut edir ki, 60 il sonra belə neftə olan tələbin pik həddi olmayacaq.

- Sizcə, son münaqişələr, xüsusilə Ukraynada və Yaxın Şərqdə baş verən hadisələr qlobal enerji təhlükəsizliyi xəritəsinə necə təsir edib?

- Ukrayna münaqişəsi Rusiya neft və qaz ixracının istiqamətini qərbdən şərqə, yəni Avropa İttifaqından Asiya istiqamətinə dəyişdi. Rusiya Asiyada yeni bazarlar açmaqda çox uğurlu oldu, həm Çinin, həm də Hindistanın ən böyük neft tədarükçüsünə, eləcə də Çinə əsas qaz tədarükçülərindən birinə çevrildi və dünya enerji bazarındakı dominant mövqeyini qoruyub saxladı. Qərbin ən sərt sanksiyalarına baxmayaraq, Rusiya 2024-cü ildə Avropa İttifaqının mayeləşdirilmiş təbii qaz idxalının 20 faizini və əhəmiyyətli həcmdə boru qazını, əsasən Rusiya ilə Türkiyəni Qara dənizin dibi ilə birləşdirən "Türk axını" qaz kəməri vasitəsilə təmin edə bildi. Yaxın Şərqdə gərginliyin artması hələlik enerji tədarükündə fasilələrə səbəb olmayıb. Bu, sadəcə olaraq Qırmızı dənizdən keçməkdən yayınan tankerlərin “Ümid” burnu ətrafından getməsi səbəbilə nəqliyyat xərclərini artırıb və neftin bir barelinin qiymətinə əlavə 3-4 dollar əlavə edib. Hər iki münaqişə qlobal enerji xəritəsinə qeyri-sabitlik elementi gətirdi, lakin əsl təhlükə hələ də enerji tədarükünün Hörmüz boğazı vasitəsilə pozulması ehtimalıdır.

- Sizin fikrinizcə, yaxın illərdə Körfəz və Rusiya dünya neft-qaz bazarında hansı rolu oynayacaq?

- Neft tədarükü baxımından Körfəzi regionu və Rusiya dünyanın kifayət qədər neftlə təmin olunması üçün son dərəcə vacib olaraq qalacaq. Əslində, mən hətta cəsarətlə deyə bilərəm ki, sonuncu hasil olunacaq üç neft bareli üç regiondan olacaq: Körfəz bölgəsi, Venesueladakı Orinoko hövzəsi və Rusiyanın Arktikası. Bu barellərdən ən sonuncusu isə İraqda hasil olunacaq. Qaza gəldikdə isə, Rusiya və Körfəz regionu (İran və Qətər), eləcə də Azərbaycan daxil olmaqla Mərkəzi Asiyanın qaz istehsalçıları XXI əsr boyunca və yəqin ki, daha uzun müddət ərzində qlobal qaz bazarında dominant mövqedə qalacaqlar. Bu, xüsusilə qaz ixrac edən ölkələrin forumu olan GECF yaxın 3-4 ildə OPEK-ə bənzər bir quruma çevrilsə, daha da real olacaq.

- Avropanın Rusiya enerji daşıyıcılarından asılılığını azaltmaq kontekstində Azərbaycanın neft və qaz tədarükçüsü kimi rolunu necə qiymətləndirirsiniz?

- 1846-cı ildə neftin kəşf olunmasından bəri Azərbaycan daim etibarlı və iri həcmdə xam neft və təbii qaz istehsalçısı və ixracatçısı olub. Məhz buna görə də ölkənin neft-qaz sənayesi beynəlxalq səviyyədə yüksək nüfuza malikdir. 2024-cü ildə ölkə 50,3 milyard kubmetr təbii qaz hasil edib. Bu müddət ərzində qaz ixracı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bu həcmin 12,9 milyard kubmetri Aİ-yə, 9,9 milyard kubmetri Türkiyəyə (o cümlədən 5,6 milyard kubmetri TANAP qaz kəməri vasitəsilə) və 2,4 milyard kubmetrdən çoxu Gürcüstana ixrac olunub. Ukrayna müharibəsinin başlanğıcından bəri Azərbaycanın Aİ-yə qaz ixracı Rusiya qazının tədarükünə təsir etməyib. Azərbaycan hələ də müharibədən əvvəlki səviyyədə qaz ixrac edir. Bu vəziyyət yalnız Azərbaycanın ixrac həcmini artıra biləcəyi təqdirdə dəyişə bilər. Bunun üçün isə həm Cənub Qaz Dəhlizi (CQD), həm də TANAP–TAP qaz kəmərlərinin ötürücülük qabiliyyəti artırılmalı, yeni qaz yataqları istismara verilməlidir.

- Azərbaycanın qarşıdakı 10–15 il üçün enerji strategiyasını necə qiymətləndirirsiniz? Bakı neft və qazın ənənəvi ixracını qlobal yaşıl enerji meylləri ilə balanslaşdıra biləcəkmi?

- Azərbaycanın qarşıdakı 10–15 il üçün enerji strategiyası neft və qaz hasilatının və ixracının kəskin şəkildə azalmasının qarşısını almağa, eləcə də yeni yataqların kəşfini davam etdirməyə yönəlməlidir. Mən Azərbaycanın neft-qaz sektoruna qoyduğu sərmayələrlə günəş və külək enerjisindən istifadəni genişləndirməsi arasında heç bir ziddiyyət görmürəm. Azərbaycana, eləcə də bütün dünyaya, həm fosil yanacaqlar, həm də bərpaolunan enerji mənbələri mütləq şəkildə lazım olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see195

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see126

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see123

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see120

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see116

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see116

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see114

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see114

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see114

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see113

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see113

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see113

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see113

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see113

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see112

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see112

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see112

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: Onlara videonu izlədin...

10 İyun 2025 08:43see112

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri