Icma.az
close
up
RU
Sanksiyalar Rusiyaya necə təsir edir?

Sanksiyalar Rusiyaya necə təsir edir?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada hava nəqliyyatında sərnişin sayının azalmağa başladığı bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, 2025-ci ilin sonuna qədər Rusiya hava yollarının daşıdığı ümumi sərnişin sayı təxminən 107,5 milyon nəfər olacaq.

Nazirlik sərnişin axınındakı azalmanı Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar səbəbilə yeni təyyarələrin tədarükünün mümkün olmaması ilə əlaqələndirir.

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyinin (“Rosaviasiya”) məlumatına əsasən, Rusiya hava yollarının təyyarə parkı 2024-cü ilin sonuna qədər 1302 təyyarədən ibarət olduğu halda, 2025-ci ilin oktyabr ayının əvvəlində bu rəqəm 1088-ə düşüb. Təyyarələrin qocalması və texniki məhdudiyyətlər parkın kiçilməsinə səbəb olur.

“Avia.ru” portalının baş redaktoru Roman Qusarov hesab edir ki, yeni təyyarələr daxil olmadığı təqdirdə sərnişin sayındakı azalma 2026-cı ildə də davam edəcək.

Onun fikrincə, yerli təyyarə istehsalı başlayana qədər Rusiya hava yollarının tutumu daralmaqda davam edəcək.Bununla belə, ümumi sərnişin daşımaları baxımından “dost ölkələr” adlandırılan dövlətlərin xarici hava yollarının bazardakı payını artıraraq bu boşluğu dolduracağı gözlənilir.

İqtisadi baxımdan sərnişin sayının 107,5 milyona enməsi hava yolu şirkətlərinin gəlirlərini 3–8 faiz azalda bilər.Bilet qiymətlərinin artması bu itkini qismən kompensasiya etsə də, yüksələn əməliyyat xərcləri, artan əməkhaqları və kiçilən aviapark şirkətlərin maliyyə göstəricilərinə təzyiq göstərməkdə davam edəcək.

Buna baxmayaraq, mütəxəssislər beynəlxalq marşrutlardakı artım sayəsində ciddi tutum böhranının yaşanmayacağı qənaətindədirlər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see434

Sabah İngiltərə klubundan futbolçu transfer etdi

01 Avqust 2026 22:07see309

Goranboyda ata oğlunu bıçaqlayaraq öldürüb

02 Avqust 2026 03:46see292

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

02 Avqust 2026 15:32see289

Keçmiş kənd təsərrüfatı naziri İsveçrədə vəfat edib

01 Avqust 2026 20:58see278

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

02 Avqust 2026 05:23see270

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see263

Azərbaycan Prezidentinin sosial media hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib

01 Avqust 2026 22:05see238

Kəpəz in yeni fanklubu olacaq FOTO

02 Avqust 2026 15:23see228

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see203

Macarıstan qənaət rejiminə keçir

02 Avqust 2026 00:34see187

Olmayan İslam həmrəyliyimizin lakmus kağızı ...

02 Avqust 2026 01:12see182

Hörmüzlə bağlı razılaşma yoxdur

02 Avqust 2026 16:37see181

Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir

02 Avqust 2026 00:43see181

Bu Avropa ölkəsinin vətəndaşlarının 40% dən çoxu milyonçudur... İBRƏTAMİZ

02 Avqust 2026 08:49see177

Beşiktaş və İtalyano serbiyalı ulduzun yolunu gözləyir

02 Avqust 2026 15:28see176

Peruda turist təyyarəsi qəzaya uğrayıb, 13 nəfər ölüb

02 Avqust 2026 01:53see171

Tramp İrana genişmiqyaslı zərbə endirməyə yaxındır İsraildən İDDİA

02 Avqust 2026 05:15see167

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see165

ÜST: Ebola virusu nəzarətdən çıxır

02 Avqust 2026 02:30see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri