Icma.az
close
up
RU
Şanlı qəhrəmanlıq salnaməsi

Şanlı qəhrəmanlıq salnaməsi

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində əsl qəhrəmanlıq salnaməsinə çevrildi. Bu müharibə təkcə silahların deyil, həm də inamın, milli birliyin və haqqın qələbəsi idi. Hər bir azərbaycanlı həmin günlərdə ürəyində eyni arzunu daşıyırdı torpaqlarımızın azadlığını. 27 il işğal altında qalan yurd yerlərimizin azad olunması təkcə hərbi uğur deyil, həm də xalqımızın əyilməz iradəsinin təntənəsi idi.

Bu qələbə tarixində 25 oktyabr 2020-ci il xüsusi bir gün kimi yadda qaldı. Həmin gün Qubadlı şəhəri və onun bir sıra kəndləri Ermənistan silahlı qüvvələrinin işğalından azad olundu. Qubadlının azadlığı Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə daha bir parlaq səhifə əlavə etdi.
Qubadlı rayonu 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Həmin vaxt yüzlərlə dinc sakin doğma torpağını tərk etməyə məcbur oldu, onlarla kənd, tarixi abidələr və yaşayış məntəqələri dağıdıldı. Qubadlı xalqı illərlə doğma yurduna qayıtmaq ümidilə yaşadı.
O illər boyu hər bir azərbaycanlının qəlbində bir arzu vardı "bir gün Qubadlıya qayıdacağıq". O arzu nəsildən-nəslə keçdi, məktəblərdə, ailələrdə, ədəbi əsərlərdə yaşadı. Qubadlı adı sadəcə bir rayon deyil, həm də həsrətin, dözümün və milli kimliyin simvoluna çevrildi.
Ulu Öndər Heydər Əliyev dəfələrlə çıxışlarında bu torpaqların azad olunmasının dövlətimizin qarşısında duran ən böyük vəzifə olduğunu bildirirdi. Onun müəyyən etdiyi siyasi xətt, milli ordunun formalaşdırılması və dövlətin möhkəmləndirilməsi bu günkü qələbənin təməlini qoydu.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Azərbaycanın hərbi tarixində dönüş nöqtəsi oldu. Ordumuz Cəbrayıl, Füzuli, Zəngilan istiqamətində irəlilədikcə, döyüş əməliyyatlarının növbəti mərhələsi Qubadlıya yönəldi. Qubadlının coğrafi mövqeyi mühüm strateji əhəmiyyət daşıyırdı rayon həm Laçın, həm Zəngilan, həm də Ermənistanla sərhəd əraziləri birləşdirirdi.
Qubadlının azad olunması Laçın dəhlizinə yol açdı və düşmənin təchizat xətlərinin kəsilməsinə şərait yaratdı. Bu əməliyyatın uğuru həm hərbi, həm də siyasi baxımdan böyük önəm daşıyırdı. Azərbaycan Ordusu dağlardan, çətin relyefdən, sərt iqlimdən çəkinmədən irəlilədi çünki qarşısında “Qarabağ Azərbaycandır!” deyən bir xalqın duaları dayanırdı.
Vətən müharibəsində əldə olunan hər bir uğur xalq, ordu və rəhbərlik arasında olan birliyin nəticəsi idi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, diplomatik çevikliyi və ordumuza göstərdiyi inam bu qələbənin əsas dayağı oldu.
Qubadlının azadlığı həm də bir çox qəhrəman oğullarımızın canı, qanı bahasına başa gəldi. Bu torpaqlar uğrunda döyüşən hər bir əsgərin adı Azərbaycan tarixinin şərəf səhifəsinə yazıldı. Onların göstərdiyi fədakarlıq bu gün azad Qubadlının bərpasında ruh kimi dolaşır.
Bu gün Qubadlı rayonu yeni həyatla nəfəs alır. Azadlıqdan sonra burada genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yollar, körpülər, enerji xətləri, məktəblər, sosial obyektlər tikilir. Qubadlıda “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyaları əsasında müasir yaşayış məntəqələri formalaşdırılır.
Qubadlının azad olunması ilə bərabər, tarixi ədalət bərpa olundu. Qubadlılılar artıq doğma yurduna qayıdır, torpağı becərir, ev tikir, övladlarını azad torpaqda böyüdür. Bu, 27 illik həsrətin sonu, yeni bir həyatın başlanğıcıdır. Bu torpaqlarda indi Azərbaycan bayrağı qürurla dalğalanır. Qubadlı küçələrində, dağlarında, çay kənarlarında azadlığın səsi eşidilir. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizin qəhrəmanlığı ilə qürur duyuruq. Qubadlıda, Cəbrayılda, Füzulidə, Şuşada dalğalanan üçrəngli bayraq yalnız torpağın deyil, milli qürurumuzun, əzmkarlığımızın və dövlət müstəqilliyimizin simvoludur.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri