Icma.az
close
up
RU
Şanlı səhifələrin başlanğıcı

Şanlı səhifələrin başlanğıcı

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəbrayıl rayonu 1993-cü ilin avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl şəhəri, 4 qəsəbə və 97 kənd darmadağın edilmişdi. İşğal nəticəsində ermənilər Cəbrayıl rayonuna milyardlarla dollar ziyan vurub. 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər əhali doğma yurd-yuvalarından didərgin düşərək respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Müharibə zamanı Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil oldu. Cəbrayılın işğalı eyni zamanda strateji baxımdan da ağır nəticələr doğurmuşdu. Arazboyu ərazilərin düşmən tərəfindən zəbt edilməsi Azərbaycanın regiondakı təhlükəsizliyinə təhdid yaratmışdı. Beynəlxalq təşkilatlar və xarici ölkələr 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi.

Cəbrayılı azad edə bilməməyimiz üçün bir neçə zolaqlı mürəkkəb mane quraşdırmış – səngərlər, tunellər qazmış, təmas xəttinə çoxsaylı minalar basdırmış ermənilər, hər keçən il bir qədər də özlərinə əmin olurdu. Belə düşünürdülər ki, Azərbaycan uzun müddət davam edən işğalla barışmaq zorunda qala bilər. Ancaq unutduqları, hesablamadıqları bir həqiqət vardı: Azərbaycan nəyin bahasına olursa-olsun öz torpaqlarını azad edəcək! Doğma Vətən torpaqları uğrunda canından keçən, qanını torpağa qatan, sağlamlığını itirən oğullarımız ölkəmizin şanını-şərəfini qorudu, qürurunu özünə qaytardı. Bəli, şanlı ordumuz mümkün olmayanı mümkün etdi. Uzun illər işğal altında qalan Cəbrayıl rayonunda yalnız Cocuq Mərcanlı kəndi 2016-cı il Aprel döyüşlərindən sonra yenidən dirçəlişə başladı. Lələtəpə yüksəkliyinin azad olunması Cocuq Mərcanlının bərpasına imkan yaratdı və bu kənd Vətən müharibəsindən öncə Cəbrayılın dirçəliş simvoluna çevrildi.

Cəbrayıllılar 27 il ərzində öz döğma yurdlarının həsrəti ilə yaşadılar. Nəhayət Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bu Qələbənin çox böyük mənası var idi.4 oktyabr günü 27 illik işğaldan sonra qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə azad edilmiş Cəbrayıl şəhərinin tarixi zəfər günü kimi qeyd olunur. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalanır. Müzəffər Ali Baş Komandanın müqəddəs bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və bu abidə körpüdə Azərbaycan bayrağının ucaldılmasının böyük tarixi, siyasi önəmi vardır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalını təsis edib.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun sosial-iqtisadi inkişafı üçün mühüm hadisədir. Hazırda rayonda elektrik təchizatı, yol infrastrukturu və digər zəruri sahələr sürətlə bərpa olunur.“Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənib. Bu plan çərçivəsində şəhərin müasir standartlara uyğun yenidən qurulması, yaşayış komplekslərinin salınması və əhalinin mərhələli şəkildə doğma torpaqlara qaytarılması nəzərdə tutulub. Qürurvericidir ki, artıq azad Cəbrayıla da keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxəlif ərazilərindəki yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış cəbrayıllıların qayıdışı davam edir. Yeni yaşayış kompleksi ilə yanaşı, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı və digər kəndlərdə də bərpa işləri sürətlə aparılır. Bu isə yaxın gələcəkdə Cəbrayılın yenidən həyat dolu bir məkana çevriləcəyini göstərir.

4 oktyabr – Cəbrayıl Şəhəri Günü təkcə bir rayonun azad olunması deyil, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu gün həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, həm də Böyük Qayıdışın başlanğıcının rəmzidir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri