Icma.az
close
up
RU
Şanlı Zəfər tariximiz DÜNƏN, BUGÜN, SABAH...

Şanlı Zəfər tariximiz DÜNƏN, BUGÜN, SABAH...

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyirmi bir əvvəl-2003- cü il oktyabrın 31- də Prezident İlham Əliyevin andiçmə mərasimindəki  verdiyi vəd hər birmizin yaxşı yadındadır. Prezident əlini Konstitusiyanın və Qurani- Kərimin üzərinə qoyaraq and içərək demişdir ki, Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyil. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Həmin vaxtdan başlayaraq dövlətimizin başçısı bütün fəaliyyətini bu istiqamətə yönəltdi. İlk növbədə, ölkə iqtisadiyyatını möhkəmləndirdi, ordu quruculuğunun inkişafına xüsusi önəm verdi və nəticədə güclü, qüdrətli ordu yetişdi. Elə bir ordu ki, Azərbaycanın işğal altında olan ərazilərini azad etmək iqtidarına qadir oldu. Biz 2020- ci ilin sentyabrında bu ordunun  gücünü, qüdrətini gördük. Təkcə biz yox, dünya ictimaiyyəti də bunun şahidi oldu.

Bu fikirləri Moderator.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi artıq xalqımızın 4 ildir ki, Qələbə sevinci ilə yaşadığını bildirib.

Onun sözlərinə görə, xalqımız üçün unudulmaz tarixə çevrilmiş 8 Noyabr – Zəfər Günü ölkəmizin bütün ərazisində böyük təntənə ilə qeyd edilir:

"Hələ torpaqlarımız işğal altında olan zaman  dövlətimizin başçısı həmişə deyirdi ki, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Bu illər ərzində Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bununla yanaşı, Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox , o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi".

Çingiz Qənizadə ölkəmizin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığından da söhbət açaraq deyib ki, Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb:

"BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi. Bütün bunlara baxmayaraq, ikili standartlar baş alıb gedir, işğalçı Ermənistana yardım və ianələr edilirdi. Ona görə də Azərbaycan işğal altında olan torpaqlarını öz qüvvəsi ilə azad etməli idi. Bundan ötrü kifayət qədər güclü ordumuz var idi. Bu ordu 2016- cı ilin Aprel döyüşlərində, 2020- ci il Tovuz əməliyyatında, nəhayət, 2020-ci il sentaybrın 27- də Ermənistanın sərhədimiz boyu başladığı təxribatlarda öz gücünü nümayiş etdirdi. Düşmən Azərbaycan Silahlı Qüvvələri qarşısında cəmi 44 gün davam gətirə bildi. Dövlətimizin başçısı Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarını Azərbaycanın gücləndirilməsinə yönəltmişdir. Vətən müharibəsinə qədər bütün addımlar bir amala xidmət edirdi: biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq".

Tanınmış hüquqşünas bildirib ki, müharibə dövründə xalq öz “dəmir yumruğ”unu, birliyini və gücünü nümayiş etdirə bildi:

"On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Noyabrın 8- də  Şuşanın azad olunmasından sonra müharibənin taleyi həll olundu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi".

Hüquq müdafiəçisi Ermənistanın bu məğlubiyyətdən nəticə çıxarmaqdansa, yenidən təxribatlara başlamasını, qeyri-qanuni erməni silahlı birləşmələrinin yenidən təxribatlar törətdiyini xatırladaraq deyib ki, bütün bunlar Qarabağda lokal xarakterli antiterror tədbirlərin həyata keçirilməsi zərurətini yaratdı. Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi:

"21 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı və bir daha sübut etdi ki, o, verdiyi vədi yerinə yetirən Prezidentdir".  

"Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Xalqımızın bu Qələbəni böyük təntənə ilə keçirməyə haqqı var. Bu, həm də haqqın, ədalətin təntənəsi, Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış  möhtəşəm Qələbədir", - deyə Ç.Qənizadə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri