Icma.az
close
up
RU
Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI: Faizə pul vermişəm

Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI: Faizə pul vermişəm

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtda vətəndaşlara qarşı rüsvayedici məlumatlar yayacağı barədə hədə-qorxu gəlməkdə və qanunsuz sahibkarlıqla məşğul olmaqda təqsirləndirilən Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Qönçə Məmmədova dövlət ittihamçısı Ziya Mansurovun suallarını cavablandırıb.

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişlərin heç birinə hədə-qorxu gəlməyib:

"Evdar xanımam, amma təsərrüfat sahəm olub. 70 hindtoyuğu, 5 baş iri buynuzlu və 10 baş xırdabuynuzlu heyvanım var. Faizə pul verirdim. O pulu isə tanıdığım adamlara vermişəm. Bir şəxs vasitəsilə zərərçəkmiş Fəridə Fərzəliyevaya faizə pul vermişəm. Mən, ümumiyyətlə, pulları 8 və ya 10 faizlə sələmə verirdim. Dövriyyədə 92 min 600 manat pulum var. Digər zərərçəkmiş Gülayə Quliyevanın ona verdiyim pulları qaytarmaq fikri yox idi. Ona görə onun adını bloqer Qabilə verdim.

Qabilin baldızının qayınatası ilə bir xəstəxanada yatmışam, münasibət yaranıb. Amma onu "TikTok"dan da tanıyırdım. Qabilin bacısından yoldaşının nömrəsini götürdüm, daha sonra yoldaşına dedim ki, Qabillə məni calaşdırsın. Qabilə yazdım ki, filankəslər mənim pullarımı vermirlər və o bu məsələni ictimailəşdirsin.

Gülayəni isə Lalə xanımın sayəsində tanımışam. Onun şəkillərini "Facebook"dan götürmüşəm. Mən heç bir zərərçəkmiş şəxsdən pul qarşılığında qızıl almamışam. Bank fəaliyyəti ilə də məşğul olmamışam. Pullarımın qaytarılmaması üçün Baş Prokurorluğa, Abşeron Rayon Polis idarəsinə və Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət etmişəm. Qabil Məmmədovun mənim borc pullarımı qaytarması üçün heç bir rolu olmadı. Evimdən 50 min dollar çıxıb. Onlar da şəxsi pullarımdır".

Məhkəmənin növbəti iclası fevralın 26-na təyin olunub.

Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Qönçə Məmmədova daha çox qanunsuz gəlir əldə etmək məqsədilə 13 nəfər şəxsə sələmə pul verib.

Belə ki, Fatimə Əhmədovaya 22 100 manat məbləğində pulu kredit kimi verməklə qarşılığında həmin məbləğin faizi qismində 1 500 manat, Namik Həsənova 8 000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 600 manat, Kəmalə Əkbərovaya 6 000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 11 575 manat, Gülaya Quliyevaya 28 500 manat məbləğində pulu verməklə həmin məbləğin faizi qismində 28 500 manat, Soltan Qasımova 7 000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 1 760 manat, Çiçək Cəfərovaya 4 000 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 410 manat, Rəna Bədəlliyə 3 000 manat məbləğində pulu verməklə qarşılığında 800 manat, Tahirə Məmmədovaya 700 manat məbləğində pulu verməklə qarşılığında faizi qismində 140 manat, Samir Qəribova 4 500 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 810 manat, Fəridə Fərzəliyevaya 8 000 manat məbləğində pulu verməklə qarşılığında faiz olaraq 5 300 manat, Tamilla Ağayevaya 420 manat məbləğində pulun qarşılığında faiz qismində 50 manat, Cəmilə Cəfərovaya 340 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 210 manat, Bahtıgül Məmmədovaya 200 manat məbləğində pulu verməklə qarşılığında 20 manat faiz olmaqla cəmi 13 nəfər şəxsə 92 760 manat məbləğində pulu kredit kimi verməklə həmin pul vəsaitinin, əlavə faizlər qismində ümumilikdə 51 675 manat məbləğində pulu gəlir kimi Bakı şəhəri və Abşeron rayonunun ərazisində əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olub.

İttiham aktında o da qeyd olunub ki, bundan başqa, Qönçə Məmmədova sələmə pul verdiyi Gülayə Quliyevadan əlavə əmlak əldə etmək məqsədilə guya qohumu kimi təqdim etdiyi bloqer Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda onun haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyib. Lakin şifahi hədələrlə Gülayə Quliyevadan pul ala bilmədiyini görüb onun qohumluq münasibətlərində olduğu G.Kazımova, M.Qənizadə və D.Qəniyevin "Instagram" və "Facebook" sosial şəbəkələrindəki şəxsi hesablarında olan fotoşəkilləri, habelə onların şəxsi həyatı və guya müxtəlif cinayətləri törətmələrinə dair məlumatları tanışı Lalə Sultanova vasitəsilə əldə edərək "WhatsApp"la Qabil Məmmədova göndərib.

Qabil Məmmədov da öz növbəsində "YouTube" internet platformasında təsis etdiyi "Haqsızlığa susma" adlı internet kanalında Gülaya Quliyeva və onun qohumluq münasibətlərində olduğu şəxslər haqqında rüsvayedici məlumatların yayılmasını təşkil edib.

Bundan əlavə, o, təkrarən sələmçilik fəaliyyətini həyata keçirməklə Fəridə Fərzəliyevadan əlavə əmlak əldə etmək məqsədilə eyni üsulla Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda mütəmadi çıxışlar edib, onun haqqında rüsvayedici məlumatları yayıb. Hətta Qabil Məmmədovun adamları vasitəsilə onu oğurladacağı hədəsi ilə borcunun olmadığını dəqiq bildiyi halda əsassız olaraq əlavə 4 500 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.

Qönçə Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə - təkrarən törədildikdə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 192.1 (qanunsuz sahibkarlıq - dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:370
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Yanvar 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri