Icma.az
close
up
RU
Saqqız çeynəməyin gözlənilməz faydaları da varmış

Saqqız çeynəməyin gözlənilməz faydaları da varmış

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olur ki, saqqız sadəcə nəfəsi təravətləndirmək üçün deyil, həm də sağlamlığımız üçün faydalı bir vasitədir. Çoxları bunun fərqində olmasa da, saqqızın bir sıra müsbət təsirləri mövcuddur.

Milli.Az saqqız çeynəməyin 5 əsas üstünlüyünü təqdim edir:

1. Konsentrasiya və yaddaşın yaxşılaşması

Saqqız çeynəmək diqqət və qısa müddətli yaddaşı artırmağa kömək edir. Bu, çeynəmə zamanı beynin qan dövranının aktivləşməsi və beyin fəaliyyətinin stimullaşması ilə izah olunur. Xüsusilə nanə dadlı saqqızlar daha təsirlidir.

"Physiological Behavior" jurnalında dərc olunmuş tədqiqat göstərib ki, zehni tapşırıqları yerinə yetirərkən saqqız çeynəmək nəticələri yaxşılaşdırır. Bunun səbəbi çeynəmə prosesinin diqqət və yaddaşdan məsul olan beyin bölgələrini aktivləşdirməsidir.

2. Stress və narahatlığın azalması

Saqqız çeynəmək stres hormonu olan kortizolun səviyyəsini azaldır. Çənənin ritmik hərəkətləri sinir sisteminə sakitləşdirici təsir göstərərək narahatlığı azaldır. Saqqızın müntəzəm çeynənməsi ağız suyunda kortizolun azalmasına səbəb olur - bu isə stresin azaldığını göstərir.

3. Həzmə faydası

Saqqız çeynəmək ağız suyunun ifrazını artırır. Ağız suyu tərkibindəki fermentlər qidanın parçalanmasına kömək edir. Xüsusilə yeməkdən sonra saqqız çeynəmək mədənin fəaliyyətini yaxşılaşdırır və qıcqırma riskini azaldır. Çeynəmə zamanı ağız boşluğu təmizlənir, turşular neytrallaşır və qida borusunda turşuluq balansı qorunur. Bu isə reflüks kimi problemlərin qarşısını almağa kömək edir.

4. Diş sağlamlığı

Şəkərsiz saqqız bol miqdarda tüpürcək ifrazını stimullaşdırır ki, bu da zərərli turşuları neytrallaşdırır və diş minasını qoruyur.
Bu, kariyes riskini azaldır və ümumilikdə diş sağlamlığını qoruyur. Amerika Stomatoloji Assosiasiyası qeyd edir ki, yeməkdən sonra 20 dəqiqə ərzində şəkərsiz saqqız çeynəmək ağız boşluğunu təmizləyir və turşuluğu azaldır.

5. Çəkiyə nəzarət

Saqqız çeynəmək aclıq hissini azaldaraq iştahı nəzarətdə saxlamağa kömək edir. Bu, arıqlamaq və ya çəkini qorumaq istəyənlər üçün xüsusilə faydalıdır. Bəzi tədqiqatlara görə, saqqız çeynəyən insanlar daha az kalori qəbul edir. Lakin bu təsiri tam təsdiqləmək üçün əlavə elmi sübutlara ehtiyac var.

Beləliklə, saqqız sadəcə bir vərdiş deyil, həm də düzgün istifadə edildikdə sağlamlıq üçün faydalı vasitədir. Əvvəllər dietoloqlar qan şəkərinin artmasına səbəb olan məhsullar haqqında da məlumat vermişdilər. /Lent.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:422
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Aprel 2025 05:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri